Sumqayıtda hava

Elan

"Sumqayıt Texnologiyalar Parkı”ndan ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI

“Sumqayıt Texnologiyalar Parkı” MMC 2020-ci il üçün “Sənin Təcrübə Programın” adlı ödənişli, təcrübə tələb etməyən vakant iş yerləri üzrə Təcrübə Proqramı elan edir.
“SƏNİN TƏCRÜBƏ PROQRAMIN” Təcrübə Proqramı
18-30 yaşlı gənclərin ixtisas/peşə üzrə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədi ilə STP MMC-də təcrübə qazanmaq imkanı yaradır.
Kimlər müraciət edə bilər:
Orta, peşə ixtisas, lisey, kollec, ali təhsili olan şəxslər aşağıdakı sahələr üzrə müraciət edə bilər.
Təcrübə üzrə vakansiya - Təhsil tələbi
1. Mühəndis avtomatik - Ali
2. Mexanik - Orta/ Peşə / Ali
3. Operator - Orta/ Peşə / Ali
4. Avtomobil təmiri üzrə usta - Orta/ Peşə / Ali
5. Elektrik montyoru - Ali
6. İlməkçi / Fəhlə (Yükləyici) - Orta/ Peşə / Ali
7. Labarant - Ali
8. Polimer qaynaqçısı - Orta/ Peşə / Ali
9. Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon) - Orta/ Peşə / Ali
10. Quraşdırıcı çilingər - Orta/ Peşə / Ali
11. Təmirçi çilingər - Orta/ Peşə / Ali
12. Rəngsaz - Orta/ Peşə / Ali
13. Qumlayıcı - Orta/ Peşə / Ali
14. Hidravlik-çilingər - Orta/ Peşə / Ali
15. Elektrik-çilingər - Orta/ Peşə / Ali
16. Tornaçı - Orta/ Peşə / Ali
17. Dülgər - Orta/ Peşə / Ali
18. Qaz kəsicisi - Orta/ Peşə / Ali
Şərtlər:
İş qrafiki: 5 günlük iş həftəsi (08:00 – 17:00)
Müddət: 6 ay
Təcrübəyə qəbul: Ödənişli əsaslarla (300 AZN xalis)
Əlavə olaraq: Nəqliyyat xidməti və nahar vasiləsi ilə təminat
Tələblər:
• Təhsili təsdiq edən sənədlər (əgər varsa)
• İştirak etdiyi əlavə kurs, təlimləri təsdiq sənədləri (əgər varsa)
Müraciətlər:
CV formalarınızı 20 may 2020-ci il tarixinədək mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə cv@stp.az ünvanına göndərməyniz xahiş olunur. 20 may 2020-ci il tarixindən sonra göndərilən müraciətlər ehtiyat CV bazasına daxil ediləcək, təcrübə proqramı üçün baxılmayacaq.
Jobsearch.az





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR