Manşet / Siyasət
İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu.
İlham Əliyev Məhəmməd Əşrəf Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı və öz adından təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyən Azərbaycan Prezidenti ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. “Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb”, - deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirdi, Əfqanıstan Prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə etdi.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. “İlk növbədə Sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm”, - deyən Əfqanıstan dövlətinin başçısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğuladı. Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən Məhəmməd Əşrəf Qani ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırdı. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm”, - deyən Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları, həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam etdirdilər.
(Xəbər Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytına istinadən təqdim edilir)
Bu bölmədə bənzər xəbərlər
- Prezident sərəncam imzaladı
- Məcburi köçkünlərə bayram sovqatı paylandı
- Könüllülər üçün şad xəbər
- Sumqayıtda ailəvi idman təsnifat yarışı
- Finlandiyalı qonaqlar cəbhə bölgəsində olublar
- Tarixdə bu gün (1 dekabr 2014)
- Papa Avropadan ədalət tələb etdi
- Tələbələr üçün təcrübə proqramı
- Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək
- Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
Çox oxunan xəbərlər
- Dovşan ovlayan Sumqayıt sakinləri saxlanıldı
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- Martın 26-da gözlənilən hava
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- Aprelin ilk gününün hava proqnozu
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb