Sumqayıtda hava

Manşet / İqtisadiyyat

Sumqayıt Elektrik Stansiyası dayanmaq təhlükəsindən belə xilas edilir - VİDEO

Xəzər dənizində son 10ildə suyun səviyyəsinin 2 metrə qədər aşağı düşməsi ölkənin dördüncü böyük elektrik stansiyası olan “Sumqayıt” Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirib”. Azərenerji ASC-nin məlumatına görə, 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin kritik həddə düşməsi soyutma suyunun götürülməsində ciddi problem yaradıb.
Məhz buna görə də, 2018-ci ildə “Azərenerji”də aparılan islahatlardan sonra yaranmış problemi aradan qaldırmaq üçün əməli işə keçilib. Stansiyanı dayanmaq təhlükəsindən çıxarmaq üçün Xəzər dənizinin içərisinə doğru, soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın tikintisinə başlanılıb. Artıq işin 80 faizi görülüb. Tikinti prosesi növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, “Sumqayıt” Elektrik Stansiyasında digər sahələrdə aparılan təmir işləri ilə yanaşı estakadada aparılan tikinti prosesi də yaxın 2 ayda yekunlaşacaq və qurğu istismara veriləcək. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılmaqla yanaşı, “Sumqayıt” Elektrik Stansiyası dayanmaq təhlükəsindən xilas ediləcək.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR