Sumqayıtda hava

Elan

Sumqayıtda İŞ VAR - Azertexnolayn MMC-dən 3 vakansiya

Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk rezident olaraq təməli qoyulan və 2013-cü ildə istismara verilən Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur. Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavodunda aşağıdakı vakansiyalar mövcuddur:
1. “Metal tökücü köməkçisi”
Əmək funksiyası:
- Müəyyən olunmuş ölçü və formalarda fasiləsiz vəya yarım fasiləli tökmə işini aparmaq;
- Elektrik sobasının (induksiyon sobası) tökmə qurğusunu, tökmə konveyerini, çalov boşaldıcısını və digər avadanlıqları idarə edir;
- Soba vəya mikserə bərk metal yükləyir və maye metalı konveyerdəki çalovlara tökür, tökməni keyfiyyətlə aparır;
- Növbə ərzində planlaşdırılmış tökmə həcmini yerinə yetirir, aşqarlam əlavələrini soba vəya mikserə yükləyir;
- İşləri yerinə yetirərkən müəyyən edilmiş xüsusi geyimdən və fərdi mühafizə vasitələrindən istifadə edir;
- Tökmənin keyfiyyətini artıran səmərələşdirici təkliflər verir;
- Zərərli tullantıların, qazların ətraf mühiti çirkləndirməməsi üçün texnoliji prossesdə nəzərdə tutulan ətraf mühitin mühafizəsi tələblərinə riayət edir;
- Avadanlığı və iş yerini təmiz saxlayır, qəza vəziyyətində Tökməçiyə və Bölmə rəisinə gecikdirilmədən xəbər verir, bədbəxt hadisənin yaranmasına şərait yaratmır;
- Maye metalın temperaturundan asılı olaraq tökmə surətini bilməlidir
- Tökməçinin verdiyi göstəriş və tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirmək:
- Formanın düzgün bağlanması, əks yükün düzgün qoyuluşunu , tökmə sistemini, qidalandırma sistemini və ventilyasiyasını bilməidir.
- Formanın nəmlik dərəcəsini , sobadan maye metalın çalova tökülməsi, çalovdan posanın yığılmasını bilməlidir.
- Daxil intizam qaydalarına riayət edir;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etməlidir;
Namizədə tələblər:
- Orta təhsil
- İstehsal sahəsində 2-3 il iş təcrübəsi (Ağır sənayedə çalışması arzu olunandı)
- Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalan işçilərə üstünlük veriləcəkdir
- Növbəli iş rejimində çalışa bilməlidir
2. “Kəsici cilalayıcı”
Əmək funksiyası:
- İşə başlamazdan əvvəl istifadəsində olan elektrik avadanlığı və əl alətlərinin işlək vəziyyətdə olmasını yoxlayır:
- Tökmələri təlimata uyğun olaraq kəsir vəya cilalayır:
- Tökməyə uyğun olaraq kəsmə daşlarını seçir:
- Kəsilmiş vəya yonulmuş tökmələri əvvəlcədən təyin olunmuş yerə səliqəli şəkildə yığır
- İş prossesində yaranan nasazlıqlar barəsində bölmə rəisinə xəbər verirlər
Namizədə tələblər:
- Orta təhsil
- İstehsal sahəsində 2-3 il iş təcrübəsi (Ağır sənayedə çalışması arzu olunandır)
- Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalan şəxslərə üstünlük veriləcək
- Növbəli iş rejimində çalışa bilməlidir.
3. “Operator köməkçisi (qumlama)”
Əmək funksiyası:
- Qumlama avadanlığının xüsusiyyətlərini və işləmə prinsipini bilməli.
- İşə başlayarkən avadanlığın sazlığını yoxlamaq, nasaz avadanlıq barədə aidiyyatı üzrə xəbər vermək;
- Qumlama prossesində istifadə olunan qırmanın vaxtında dəyişdirilməsinə vəya yensinin yüklənməsini icra edir;
- Qumlama avadanlığının iç divar metal örtüklərinin aşınmasına və vaxtında dəyişdirilməsini icra edir;
- Qumlanacaq tökmə məmulatlarının və yarım məmulatların qumlama avadanlığına yerləşdirmək:
- Qumalama prossesi bitdikdən sonra qumlanmış tökmə məmulatlarının daşınması üçün taraların üzərinə səliqəli şəkildə düzmək;
- Ərazinin təmiz qalmasına mütamadi olaraq nəzarət etmək;
- Qumlama zamanı əmələ gələn tozun toplanması üçün nəzərdə tutulan qabın tez-tez boşaldılmasına və toz toplama sisteminin işləməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Orta təhsil
- İstehsal sahəsində 2-3 il iş təcrübəsi (Ağır sənayedə çalışması arzu olunandır)
- Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalan işçilərə üstünlük veriləcəkdir.
- Növbəli iş növbəsində çalışa bilməlidir.
Uyğun namizədlərdən CV-lərini vəzifə adı başlığı altında nermin.valehqizi@azertexnolayn.com və seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR