Hadisə

Zabratda silsilə oğurluqlar edən Sumqayıt sakini yaxalandı

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini N.Rzayev və Naxçıvan şəhər sakini Z.İsmayılov saxlanılıblar. Yenisumqayit.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, onlar mayın 1-də Kürdəxanı qəsəbəsindəki marketlərin birindən 572 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.
N.Rzayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Babayev və Naxçıvan şəhər sakini S.İbrahimov ilə birgə aprelin 22-dən 28-dək olan müddətdə Zabrat qəsəbəsi ərazisində 2 avtomobildən 3 akkumulyator, habelə 2 velosiped oğurlamaları da müəyyən edilib.
R.Babayev və S.İbrahimov da polis əməkdaşları tərəfindən saxlanılıb.





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR