Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxma sayı 2000-i keçdi

Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində bu günkü statistikanın o qədər də ümidverici olmadığını deyib.
“Rayonlarda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, ticarət obyektlərinin təlimatlara əməl etməsi mütləqdir. Əks halda bu, yumşalmaya mane ola bilər”, - İ.Məmmədov qeyd edib.
Hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164481 test aparılıb.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR