Sumqayıtda hava

Redaktorun Seçimi / Ticarət

“Parlaq İmzalar” Nəşriyyatı xeyriyyə tərəfdaşlığına dəvət edir

Sən də bir uşağın Kitab dostu ol!
Bir bağlama kitab al, bir qucaq sevgi göndər.
Əziz dostlar, “Parlaq İmzalar” Nəşriyyatı şəxsləri və şirkətləri xeyriyyə aksiyasında tərəfdaşlığa dəvət edir.
Düşünürük ki, bu çətin günlərdə ehtiyaclı ailələrin qida ilə təmin olunması nə qədər gözəldirsə, onlara mənəvi dəstək göstərmək də bir o qədər dəyərlidir. Xüsusən həmin ailələrdəki uşaqların indi buna daha çox ehtiyacı var... Əziz uşaqların könlünü xoş etmək və hazırda boş qalmış vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitabla sevindirə bilərik.
“Parlaq İmzalar” əsasən bölgələrdəki ehtiyaclı ailələrin uşaqlarını nəzərə alaraq xüsusi kitab paketi hazırlayıb.
Beləliklə, xüsusi seçilmiş, daha çox 10 yaş ətrafındakı uşaqları əhatə edəcək 6 kitabdan ibarət bir bağlama maya dəyəri həddinə endirilərək (39 manatdan 19 manata) dəstək olmaq istəyən şəxslərə təklif edilir. Əlavə olaraq kitabların poçt vasitəsi ilə uşaqlara çatdırılma xərcini də (2.50 azn) nəşriyyat öz üzərinə götürür.
Bir sözlə, siz 19 manat dəstək olursunuz, 6 kitabdan ibarət bağlama sizin adınızdan ehtiyaclı uşaqlara çatdırılır.
Kitabların hədiyyə olunacağı uşaqların seçimi xüsusi diqqət və formada həyata keçirilməkdədir. Onlar atalarını itirmiş və maddi durumu çox aşağı olan ailələrin uşaqlarıdır. Hədiyyələrin hansı bölgəyə, hansı ailəyə çatdırıldığı ilə bağlı sonda xeyriyyəçi dostlara şəxsən məlumat veriləcək.
Bu aksiya üçün ən çox oxunan və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu kitablarımızı seçdik. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq, sevgi kimi dəyərlər aşılayır. Kitabların göndəriləcəyi ailələrin əksəriyyətində isə birdən çox uşaq var. Doğrusu, bu, bir uşağın deyil, bir ailənin hədiyyəsidir və bu kitablar əksər ailələrin evinə daxil olan ilk bədii kitablar olacaq, bəlkə də, onların qurulacaq kitabxanalarının ilk daşlarıdır.
Aksiyaya qoşulmaq və əlavə məlumat üçün:
055 969 72 59 (votsap) | Şəxslər
055 259 59 72 (votsap) | Şirkətlər





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR