Sumqayıtda hava

Hadisə

Sumqayıtda oğru müşahidə kamerasına belə yaxalandı - VİDEO

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürsounun məlumatına görə, hadisə “Dostluq avtoservis” adlanan avtomobil təmiri sexində qeydə alınıb.
Təxminən 40-45 yaşlı naməlum şəxs təmir sexində ustalardan birinə məxsus mobil telefonu və digər əşyaları oğurlayıb. O, ərazidən uzaqlaşarkən tanınmaması üçün əlindəki sellofan torbalarla üzünü gizlətməyə çalışıb. Hadisənin videogörüntüsü şəhərin Niyazi küçəsindəki müşahidə kamerasında lentə alınıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib.
Hazırda polis həmin şəxsin kimliyini araşdıraraq, saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR