Sumqayıtda hava

Elan

Tələbə və məzunlar üçün "Praktikum" Yay Təcrübə Proqramı-na QEYDİYYAT

Bravo tələbələr və təhsilini 2019-2020-ci illərdə bitirmiş məzunlar üçün Praktikum Yay Təcrübə Proqramına müraciətlərin qəbuluna başladı!
Praktikum tələbələrə təhsil zamanı öyrəndiklərini işgüzar həyatda tətbiq etmək, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış olmaq, şirkət peşəkarları tərəfindən təlimatlanıb yay aylarında işləmək imkanı verir.
Tərcübə proqramı 2 ay (İyul və Avqust) davam edəcək.
Faydalı və rəngarəng təcrübədən yararlanmaq istəyən gənclər bu müraciət formasını dolduraraq 10 May 2020-ci il tarixinədək təsdiqləməlidirlər.
Müraciət etmək üçün keçid: https://forms.gle/2TLNAC7iJDTrPx8V7
2019 'Praktikum' Yay Təcrübə Proqramı haqqında ümumi məlumat
Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.
Bravo, Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Şirkət, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün artıq ikinci ildir ki, “Praktikum” Yay Təcrübə Proqramı təşkil edir.
'Praktikum', tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edir, şirkət peşəkarları tərəfindən təlimatlandırır, yay aylarında işləmək imkanı verir.

'Praktikum' təcrübə proqramı kimləri əhatə edib?

18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2018-2019-ci illərdə məzun olmuş gənclər bu proqrama müraciət edə bilər.

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2019-cu il 'Praktikum' hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Müştəri təcrübəsinin idarə olunması
  • Qeyri-qida alışı
  • İT və Biznes sistemləri
  • Mağaza əməliyyatları
  • İstismar xidmətləri
  • Təchizat və layihə xərclərinə nəzarət
  • Gömrük və Logistika

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat almaq
  • Komanda işi və yeni layihələr yaratmaq
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təsdiq sənədi ilə təltif olunur.

'Praktikum' Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır.
Bu arada 2019 Praktikum məzunlarının təəssüratları ilə tanış olmağı unutmayın.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR