Sumqayıtda hava

Manşet / Cəmiyyət

İyirmi dörd min nəfər Sumqayıtlı birdəfəlik ödəmə alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində birdəfəlik ödəmə (190 manat) proqramı ilə əhatə olunan şəxslərin cins, bölgə və yaş qrupları üzrə bölgüsü barədə də məlumat verib.
İişsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödənişin edildiyini deyən nazir onların 55 faizinin kişilər, 45 faizinin qadınlar olduğunu bildirib.
S.Babayev bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlardır. Qalan 68 faizi isə respublikanın digər bölgələrinin sakinləridir.
Nazir həmçinin birdəfəlik ödəmə verilənlərdən 8 faizinin 20 yaşa qədər, 42 faizinin 20-30 yaş arası, 25 faizinin 30-40 yaş arası, 14 faizinin 40-50 yaş arası olanlar, qalan 11 faizinin isə 50 yaşdan yuxarı şəxslər təşkil etdiyini bildirib.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR