Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda 20 min sakini sevindirəcək xəbər: Acıdərə kanalı yeni məcraya salınır

Sumqayıt şəhərin ən böyük ekoloji problemlərindən biri olan Acıdərə kanalının boruya alınması işləri davam etdirilir. Kanalın şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb.
Xeberle.com-un məlumatına görə, Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda kanal qapalı sistemə keçirilməklə yeni məcraya salınır.
Sumqayıt şəhərinin ərazisindən keçən Acıdərə kanalının qapalı sistemə salınmaq üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdır.
Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib.
Qeyd edək ki, Acıdərə kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu isə ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda vəziyyət daha acınacaqlı hal alırdı. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla əlavə çətinliklər yaradırdı.
Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR