Cəmiyyət
Sumqayıt könüllüləri vətəndaşlarımızın sağlamlığının qorunmasına öz töhfəsini verir

Sərəncamda da qeyd olunduğu kimi könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Könüllülərimiz hər zaman öz yaradıcılıqları, təşəbbüskarlığı, innovativ düşüncə tərzi ilə qoşulduqları bütün layihələrə yeni nəfəs vermiş, ölkəmizdə bir çox tədbirlərin, layihələrin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Azərbaycan könüllüləri yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində ilk gündən fəal iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.
Sumqayıt şəhərində də gənc könüllülər karonavirus pandemiyası yayıldığı ilk gündən koronavirusla mübarizədə dövlətin yanındadırlar, şəhər ərazisində həyata keçirilən koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər. Gənc könüllülər əhalinin sosial rifahı, maarifləndirmə tədbirləri ilə bağlı aparılan sosial aksiyalarla yanaşı, vətəndaşlarımızın sağlamlığının qorunmasına da öz töhfələrini verirlər.
Belə ki, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva cəmiyyətə çağırış etmişdir. Sumqayıt şəhər sakinləri də bu çağırışa və təşəbbüsə qoşularaq könüllü olaraq qanvermə aksiyasında fəal iştirak etdilər.
Sumqayıt şəhərində fəaliyyət göstərən gənc könüllülər digər aksiyalarla yanaşı bu xeyirxah və nəcib aksiyaya da qoşuldular.
Gənc könüllülər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsin fəaliyyətində də yaxından iştirak edir, həyata keçirilən layihələrə öz dəstəklərini göstərirlər.
Dövlətimiz tərəfindən könüllülük fəaliyyətin təşviqi, vaxtında atılmış zəruri addımlar, eyni zamanda normativ hüquqi baza təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması nəticəsində bu gün ölkəmizdə güclü bir könüllülük hərəkatı formalaşmışdır. Ötən dövr ərzində formalaşmış könüllü gənclər hərəkatı koronavirusla mübarizə tədbirlərindəki əməli fəaliyyəti ilə bir daha göstərdi ki, onlar hər zaman dövlətimizin yanındadırlar, xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirilən fəaliyyəti dəstəkləyirlər.
Mətanət Məhərrəmova, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri
"Yenisumqayit.az"
Bu bölmədə bənzər xəbərlər
- Sumqayıtlı gənc YAP könüllülərinin toplantısında mükafatlandırıldı
- 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi
- Əbülfəs Qarayev Sumqayıtda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub
- İlham Əliyev Sumqayıtda Muğam Mərkəzinin açılışında iştirak edib
- Könüllülər üçün şad xəbər
- Könüllülər təşəkkürnamələri bu tarixdə alacaq
- Tahir Mirkişili: "İnanıram ki, sumqayıtlılar dövlət başçısının islahatlarına dəstəklərini bir daha nümayiş etdirəcəklər."
- Sumqayıtda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
- Sumqayıtda Prezident təqaüdçüləri ilə görüş keçirildi
- Bakı-2015 Könüllülərinə Təşəkkürnamə və pasportlar bu tarixlərdə veriləcək
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- Martın 26-da gözlənilən hava
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb