Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda Qədr gecəsi mərasimi ilk dəfə videoformatda təşkil edildi

Bu gecə Azərbaycanda Ramazan ayının Qədr gecəsi təşkil edilib.
Bu il ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən Azərbaycanda müsəlmanlar Qədr gecəsinin əməllərini məsciddə yox evlərində icra ediblər.
Mövcud vəziyyət nəzərə alınaraq məscidlərdə videoformatda mərasimlər təşkil olunub. "Report"un əməkdaşlarının Bakı və Sumqayıt şəhərində yerləşən müxtəlif məscidlərdə apardığı müşahidələr bunu göstərir.
Belə ki, axundlar tərəfindən vətəndaşlara Ramazan ayının hikmətindən, eyni zamanda qədr gecələrinin əhəmiyyətindən bəhs edən xütbələr və maarifləndirici moizələr oxunub. Mərasimlər canlı olaraq hər bir məscidə məxsus rəsmi “Youtube”, “Facebook” və “Instagram” hesablarında yayımlanıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib kiQədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Onun sözlərinə görə, Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Sumqayıt şəhər Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Rauf Sərdarov da Qədr gecəsinin fəzilətlərindən danışıb. O qeyd edib ki, insanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar.
Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazları da fərdi qaydada evlərdə qılınacaq. Çünki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil.
Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR