Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıt məktəblilərindən Prezidentə MİNNƏTDARLIQ MƏKTUBLARI

Sumqayıt şəhər sakinləri Prezident İlham Əliyevə minnətdarlıq məktubları yazmaqda davam edirlər. Təşəbbüsə Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivi də qoşulub.
“Yenisumqayit.az” bu məktubların bir neçəsini təqdim edir:
Gimnaziyanın 5-ci sinif şagirdi Əlizadə Fərəh Elman qızından:
Möhtərəm cənab Prezident.
Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin, Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik.

Gimnaziyanın digər bir şagirdi Muxtarov Qurban Namiq oğlundan:
Hörmətli cənab Prezident.
Dünyanı bürümüş COVID-19 pandemiyası ilə əlaqədar gördüyünüz tədbirlər nəticəsində Azərbaycanda virusa yoluxanların sayı digər ölkələrlə müqayisədə xeyli az oldu. Xalqa xidmət etdiyinizi, dövləti və milləti sevdiyinizi, əsl vətənpərvər olduğunuzu insanlara göstərdiyiniz diqqət və qayğınızla bir daha sübuta yetirdiniz.
Məktəblərin bağlanması da biz şagirdlərin sağlamlığı üçün atılan addım idi. Lakin məktəblərin bağlanmasına baxmayaraq, biz “Virtual məktəb” layihəsi sayəsində dərslərimizə davam edirik. Bu da bizə göstərdiyiniz qayğının bir parçasıdır.
Pandemiya dövrü bir çox dövlətlər üçün çətin keçməsinə baxmayaraq, Azərbaycandakı vəziyyət bizi məmnun edir. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm.

Gimnaziyanın 9-cu sinif şagirdi Mehparə Əliyevadan:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının bütün dünyaya yayıldığı bu dövrdə millətimizin rifahını, sağlamlığını düşünüb bu virusla mübarizə aparmaq məqsədilə gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz koronavirus pandemiyasından böyük dərəcədə ziyan çəkmədən və minlərlə insan həyatını itirmədən qurtuldu. Ölkəmizin hər bir vətəndaşını düşünüb həm maddi, həm mənəvi dəstək olursunuz. Belə bir zamanda bizlərin və digər ölkələrdə yaşayan həmyerlilərimizin təhsilinə göstərdiyiniz xüsusi qayğı üçün Sizə minnətdarlığımı bildirirəm. Mən də 9-cu sinif şagirdi olaraq öz öhdəmə düşənləri edirəm. Təhsilin xüsusilə belə bir zamanda nə qədər önəmli olduğunu dərk edərək, "Virtual məktəb"də keçirilən dərslərə qoşulur, evdə səylə çalışır, "Evdə qal, təhsildən qalma" şüarını əsas tuturam.
Əziz Prezidentimiz, öz adımdan və ailəmin adından bir daha minnətdarlığımı bildirir və belə çətin zamanda “Güc birlikdədir” deyib Sizə inanır, güvənirəm.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR