Sumqayıtda hava

Manşet / Cəmiyyət

İstirahət günlərində bu turizm müəssisələrinə giriş pulsuz olacaq

Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir.
"Yenisumqayit.az" Agentliyə istinadla bildirir ki, ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etməklə ödənişsiz daxil ola bilərlər:
- “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
- “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
- Lahıc Tarix-Diyarşünaslıq Muzeyi;
- Şəki Tarix-Diyarşünaslıq Muzeyi;
- Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR