Manşet / İqtisadiyyat

MONİTORİNQ: Sumqayıtda bu obyektlərdə tələblərə əməl olunmur

İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.
"Yenisumqayit.az" Nazirliyə istinadla bildirir ki, monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb. Ümumilikdə, mayın 22-dən 30-dək 1592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2459 tələblərin pozulması halı qeyd alınıb.
Abşeron rayonunda və Sumqayıt şəhərində yerləşən “ST telecom”, “Məktəbli”, “Alisa uşaq geyimləri”, “Cehiz Aləmi”, “Euro sport”, “Karvan Market”, “Fəxri market” mağazalarında, “Mister Kişi salonu”, “Full Telecom”,  “Maxx New York” xidmət obyektlərində, “Osmanlı Dönər”, “Street Food”, “Döner kabab”, “Divan restoran”, “Şah doner”, “Dəfnə Lahmacun” ictimai iaşə obyektlərində, “Bərbər” bərbərxanasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb. Monitorinqlər davam edir.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR