Sumqayıtda hava

Manşet / Cəmiyyət

Prezidentdən SƏRƏNCAM: Sumqayıta 6 milyon manat ayrıldı

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə altı milyon manat ayrılması barədə sərəncam imzalayıb.
"Yenisumqayit.az" Prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, bu məbləğ Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün nəzərdə tutulub.
Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə, maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR