Sumqayıtda hava

Manşet / Cəmiyyət

Tahir Mirkişili Sumqayıtlılara müraciət etdi: Həftə sonları evdə qalın!

Milli Məclisə Sumqayıtdan seçilmiş deputat Tahir Mirkişili sosial şəbəkə hesabından Sumqayıt şəhər sakinlərinə müraciət edib. "Yenisumqayit.az" müraciəti olduğu kimi təqdim edir:
Əziz Sumqayıtlılar!
Son günlər ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma hallarını artırmışdır. Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar.
Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir-birinizlə məsafə saxlayasınız. Həftə sonları evdə qalasınız!
Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur!





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR