Sumqayıtda hava

Manşet / Cəmiyyət

Hicran Hüseynova: "Vətəndaşlar şəxsi məsuliyyətini hiss etməli və həmrəylik göstərməlidir."

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova son günlərdə ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayının artması ilə bağlı olaraq vətəndaşları məsuliyyətli olmağa və həmrəylik göstərməyə çağırıb.
O bildirib ki, Azərbaycan koronavirus pandemiyasının başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda əhəmiyyətli addımlar atmış və bu tədbirlər davam etdirilir. Həyata keçirilmiş tədbirlər nəticəsində vəziyyətə nəzarət edildi və buna uyğun yumşalma tədbirlərinə başlanıldı.
Ölkədə elan edilmiş karantin rejimi mərhələli şəkildə yumşaldılır, həmçinin, karantin rejiminə uyğun qaydalar tətbiq edilir və vətəndaşların həmin qaydalara əməl etməsi tövsiyə edilir.
Son günlər koronavirusa yoluxanların sayında artımın müşahidə edilməsi təbii ki, hər birimizi narahat edir.
Qeyd etmək istəyirəm ki, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlarla sağalanların sayı arasında ciddi fərq yaranıb. İctimai yerlərdə, nəqliyyatda vətəndaşlar tərəfindən qoyulan tələblərə - əsasən sosial məsafənin gözlənilməsi, fərdi qoruyucu vasitələrdən istifadəyə əməl olunmadığının şahidi oluruq.
Vətəndaşlarımız bu məsələlərə ciddi yanaşmalı və öz məsuliyyətlərini dərindən başa düşməlidirlər. Bu istiqamətdə ölkə rəhbərliyinin, aidiyyəti dövlət orqanlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və xəbərdarlıqlarına əməl etməlidir.
Ötən gün İnzibati Xətalar Məcəlləsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə maddələr əlavə edildi və bunlara uyğun cərimələr müəyyən edildi.
Təbii ki, burada məqsəd insanları cərimə etmək deyil, məqsəd bu sahədə hüquq pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi, həmçinin insanları xüsusi karantin rejimi çərçivəsində müəyyən edilmiş qaydalara əməl etməyə çağırmaq və bu istiqamətdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır.
Cənab Prezident şəxsən tibbi maskadan istifadə edir və bu hər bir vətəndaşımız üçün nümunə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, vətəndaşlar bu məsələdə şəxsi məsuliyyətini hiss etməli və həmrəylik göstərməlidir.
Həmrəylik göstərərək neçə insanları xilas edə bilərik.
Biz Birlikdə Güclüyük!"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR