Manşet / Hadisə

Gecə Sumqayıtda uçqun olub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində yarımçıq tikilidə baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb.
"Report" xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.
Yaşayış binasında əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlər məskunlaşıb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı uçqun baş verən binaya baxış keçirib.
Qəzalı vəziyyətdə olan binada 26 məcburi köçkün ailəsinin yaşadığı bildirilib. Hazırda həmin ailələrdən 5-i köçürüləcək və kirayə mənzillərdə yerləşdiriləcək. Həmin ailələrin sentyabra qədər Sumqayıtda tikintisi yekunlaşdırılacaq şəhərcikdəki mənzillərə köçürüləcəyi gözlənilir.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR