Sumqayıtda hava

Cəmiyyət

SDU-da yaz semestrinin imtahan sessiyası onlayn formada davam edir

İyunun 9-da Sumqayıt Dövlət Universitetində bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr onlayn formada təşkil olunan yaz semestrinin imtahan sessiyasının ikinci gününü uğurla başa vurublar.
Rektor professor Elxan Hüseynov iyunun 8-də tələbələrlə onlayn görüş zamanı imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarı əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini bildirmişdi. Qeyd etmişdi ki, SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablanıb, biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilib, imtahanların keçid balı minimum 17 bal qəbul edilib. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda avqustun 17-dən, sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək. Rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını diqqətə çatdırmışdır.
Qeyd edək ki, iyunun 8-də bakalavriat və magistratura pilləsi üzrə imtahanda iştirak edən tələbələr imtahanda 96% nəticə göstərmişdir.
Bu gün isə bakalavriat pilləsində təhsil alan tələbələrin 99 %-i imtahanı müvəffəqiyyətlə veriblər.
Gün ərzində imtahanların gedişi prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR