Sumqayıtda hava

Maraqlı

İsveçdə qeyri-adi iş təklifi: İşləmədən pul qazan


İsveçdə qeyri-adi iş vakansiyası yaranıb. Namizədə gün ərzində işləmədən aylıq sabit əməkhaqqı vəd edilir. Özü də ömrünün sonuna qədər.
“Report” TASS-a istinadən xəbər verir ki, artıq bu vəzifəyə 125-ə yaxın namizəd müraciət edib və onlar arasında ABŞ, Tayvan və Filippin vətəndaşları da var.
“Əbədi vəzifə” adı alan layihənin müəllifləri – rəssamlar Simon Qoldin və Yakob Sennebyu yeganə vəzifəsi Göteborq şəhərində inşa edilməkdə olan “Korsvägen” (“Kəsişmə”) dəmir yolu stansiyasında iş gününün əvvəlində işığı yandırmaq, sonunda isə söndürmək olan şəxsə aylıq 2 300 ABŞ dolları həcmində sabit maaş ödəməyə hazırdır. Bu işi göstərilən konkret zamanda etmək lazımdır. Günün yerdə qalan vaxtında işçi tamamilə azaddır.
Bundan əlavə, işçi istənilən vaxt işdən çıxa bilər, amma istəsə, ömrünün sonuna qədər bu vəzifədə qala bilər.
Art-təcrübənin müəlliflərinin sözlərinə görə, onlar 120 il ərzində əməkhaqqı ödəməyə hazırdırlar. Qeyd olunub ki, bu layihə üçün vəsaiti İsveç Bədii Şurası və Nəqliyyat İdarəsi ayırıb. Üstəlik, onlar bu məqsəd üçün xüsusi fond yaradıblar ki, fonda artıq 650 min ABŞ dolları toplanıb.
Rəssamların fikrincə, bu vəzifəni ya Göteborqda yaşayan, ya da buraya köçməyə hazır olan şəxs tutmalıdır, çünki təlimatlara görə, vəzifəni tutacaq şəxs daim stansiyada olmasına dair yoxlanılacaq.
“Şengen zonasına daxil olmayan ölkələrdən müraciət edənlər üçün əmək miqrasiyası məsələsi ortaya çıxacaq. Fond tərəfindən seçilmiş namizədin dəstəklənməsi üçün əlimizdən gələni edəcəyik”, - Qoldin və Sennebyu radioya açıqlayıblar.
İstənilən halda bu iş üçün müraciət etmək istəyənlərin hələ düşünməyə xeyli vaxtı var, çünki “Korsvägen” stansiyasının inşası hələ 2026-cı ildə tamamlanacaq.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR