Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtdan köçən ermənilər Aprel döyüşlərində ordumuza qarşı vuruşub

2016-cı ilin aprel döyüşlərində əsgərlərimizə qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub.
Moderator.az xəbər verir ki, erməni mənbələri aprel döyüşləri ilə bağlı yeni informasiyalaır yayıb. Həmin informasiyalarda Azərbaycan ordusuna qarşı Ermənistan erməniləri ilə yanaşı, 90-cı illərdə Azərbaycanın Sumqayıt, Bakı, Gəncə və s. şəhərlərini tərk edərək Ermənistana köçən ermənilərin də iştirak etdiyi yer alıb. Məlumata görə, “erməni qaçqınları” Azərbaycan ordusuna qarşı hücum əməliyyatında “xüsusi həvəslə” iştirak edib, “öz haqqlarını” silah gücünə arayıblar.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat xarakterli hücumları səbəbi ilə başlayan 2016-cı ilin 4 günlük aprel döyüşləri erməni ordusunun darmadağın edilməsi, bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə başa çatıb. Azərbaycan ordusunun bir həmlə ilə reallaşdırdığı uğurlu hərbi əməliyyat Ermənistanın siyasi həyatında da ağır böhranla, daxili qarşıdurma ilə nəticələnib. Məhz ordumuzun düşmənə vurduğu aprel zərbəsindən sonra Ermənistan ordusunun yüksək rütbəli hərbçilərinin bir qismi həbs edilib, bir qismi isə vəzifədən azad olunub.
Onu da qeyd edək ki, 90-cı illərdə Azərbaycanı tərk edən ermənilərə qarşı hər hansı zorakılıq sərgilənməyib və onların hamısı ölkəmizi öz istək və arzularına uyğun olaraq tərk ediblər.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR