Sumqayıtda hava

Cəmiyyət

Samir Abbasov: “Sumqayıt” dördüncü yerə özü gəlib, pandemiya gətirməyib ki?!”

“Bizdə digər ölkələrlə müqayisədə, koronavirusla bağlı vəziyyət pisləşib. Gündən-günə yoluxanların sayında artım olur. Amma çempionatı qlobal problemə çevirmək lazım deyildi. Operativ qərargahın həftəsonları ilə bağlı qadağalarından sonra bu vəziyyətdə oynamaq düz olmazdı”.
Bunu Oxu.Az-a millimizin sabiq futbolçusu, “Sumqayıt” və “Zirə” klublarının sabiq baş məşqçisi Samir Abbasov deyib.
Azərbaycan Premyer Liqasının ləğv olunmasına Abbasov belə cavab verib:
“İkigünlük sərt karantin qaydaları olmasaydı, çempionatı rahat şəkildə keçirib bitirmək olardı. Sadəcə, bu qayda çempionatla bağlı planları pozdu.
Azərbaycan çempionatı ən təhlükəsiz yarışdır. Çünki hər komandanın oyununa vur-tut əlli azarkeş gəlir. Bu da stadiondakı əlli oturacağa bir azarkeşin düşməsi deməkdir. Ona görə də azarkeşlə keçirməyin belə qorxusu yoxdur, nəinki azarkeşsiz.
Qulağımızın dibində Türkiyə, Gürcüstan, Ermənistan çempionatları futbola başladı, bizdən başqa. Amma bizdə çempionatı qlobal problemə çevirdilər. Son qərarlardan sonra AFFA və PFL bu gün çempionatın ləğvi qərarını verdi ki, onları da başa düşürəm.
Şəxsən mənim fikrimcə, çempionatı davam etdirməli idik. Çünki operativ qərargahın həftəsonları qadağaları dəqiq deyil. Ola bilsin ki, yumşalmalar olsun. Amma bu da ola bilsin ki, AFFA-da həftəsonları qadağalarının avqustadək davam edəcəyi barədə dəqiq məlumat var. Ona görə də belə qərar verildi”.
O, sabiq klubu “Sumqayıt”ın ilk dəfə avrokuboklara getməsinə isə belə münasibət bildirib:
“Çempionat ləğv olunubsa, “Sumqayıt”ın avrokuboklara getməsində qəbahət yoxdur. Komanda dördüncü yerə özü gəlib də, pandemiya gətirməyib ki?! Ona görə də onlar avrokuboklara getməlidir. “Zirə”, “Sabah”, “Qəbələ” və ya “Səbail”in bu qərardan inciməyə haqqı yoxdur. Çünki bu situasiyanı nə “Sumqayıt” yaradıb, nə də AFFA. Bu bəla bütün dünyada var”.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR