Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir


Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.
Bu gün həyata keçirilən dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR