Sumqayıtda hava

Elan

Sumqayıtda İŞ VAR - Azərbaycan Dəmir Yolları ASC-dən vakansiyalar


1. Qatar tərtibçisi

İnfrastruktur departamenti
Şimal istiqaməti sahəsi
MÜRACİƏT ET
Son müraciət tarixi: 01.07.2020
Əmək şəraiti: Ofisxarici
İş vaxtının norması: 2 növbəli
Minimum təhsil dərəcəsi: Orta təhsil
Tələb olunan biliklər:
Manevrlərin keçirilməsi qaydaları; Hərəkət heyətlərinin təşkil edilməsi-dağıdılması; Tormoz başmaqlarının quruluşu və onlardan istifadə qaydaları; Yollarda dayanan vaqonların bərkidilmə qaydaları və normaları; Mərkəzləşdirilməmiş nişanların və yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların keçirilməsi qaydaları; Yolların profili, planı, xüsusiyyətləri və tutumu, xidmət edilən manevr rayonlarında olan vaqonların yükləmə və boşaldılma məntəqələrinin yerləşmə qaydası; Qatarın çəpərlənmə qaydaları.

Fərdi keyfiyyət göstəriciləri:
Keyfiyyət yönümlülük
Diqqətlilik
İntizamlılıq

Vəzifə öhdəlikləri:
Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi; Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi; Qatarların avtomatik tormozlarının sınağında iştirak edilməsi; Nişanlama, postların növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması; Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması; Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi.
Ünvan
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev stansiyası

2. Operator

İnfrastruktur departamenti
Şimal istiqaməti sahəsi
MÜRACİƏT ET
Son müraciət tarixi: 01.07.2020
Əmək şəraiti: Ofisdaxili
İş vaxtının norması: 2 növbəli
Vəzifə (peşə) üzrə əmək haqqı
Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş
Ödəniş növü: Vaxtamuzd
Minimum təhsil dərəcəsi: Orta təhsil
Tələb olunan biliklər
Stansiyada qatarların hərəkətini tənzimləyən müvafiq qaydalara, təlimatlara, qüvvədə olan digər aidiyyəti normativ-hüquqi aktlara dair biliklər; Hesabatların hazırlanması qaydalarına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
Keyfiyyət yönümlülük
Diqqətlilik
İntizamlılıq
Komputer bilikləri: MS Office-yaxşı
Vəzifə öhdəlikləri:
Qatarların gedişinin, gəlişinin, qəbulunun, stansiyada vaqonların dövriyyəsinin, boş vaqonların, nasaz vaqonların uçotunun aparılması; Gündəlik hesabatların hazırlanması.
Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev stansiyası

3. Yoldəyişdirici postunun böyük növbətçisi

İnfrastruktur departamenti
Şimal istiqaməti sahəsi
MÜRACİƏT ET
Son müraciət tarixi: 02.07.2020
Əmək şəraiti: Ofisxarici
İş vaxtının norması: 2 növbəli
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Ödəniş növü: Vaxtamuzd
Minimum təhsil dərəcəsi: Orta təhsil
Tələb olunan biliklər:
Nişan keçiricilərinin quruluşu; Qatarların qəbulu, göndərilməsi, buraxılması və manevr işlərinin aparılması üçün marşrutların hazırlanması zamanı mərkəzləşdirilmiş nişanların keçirilməsi və bağlanması qaydaları; Nəzarət-nişan qıfıllarının təyinatı; Nişan və siqnalların mexaniki və elektrik asılılığı; Nişan keçiricilərinin saz vəziyyətdə saxlanılması qaydaları və nişan göstəricilərinin işıqlandırılma qaydaları, Nasaz nişan keçiricilərinin çəpərlənmə qaydaları; Tormoz başmaqlarının quruluşu və onlardan istifadə qaydaları.
Fərdi keyfiyyət göstəriciləri:
Keyfiyyət yönümlülük
Diqqətlilik
İntizamlılıq

Vəzifə öhdəlikləri:
Qatarların marşrut üzrə qəbulu, nömrələnməsi, buraxılması və manevr işlərin yerinə yetirilməsi üçün hazırlanması zamanı mərkəzləşdirilməmiş nişanların keçirilməsi və bağlanılması; Qatarların qəbulu zamanı yolun boşluğunun yoxlanılması; Vaqon və hərəkət heyətlərinin tormoz başmaqları vasitəsilə dayandırılması və bərkidilməsi, göstəricilərin işıqlandırılması. Nişan keçiricilərinin, inventarın və siqnal ləvazimatının saz və təmiz saxlanılması. Boşalmış bolt və şuruplarının bərkidilməsi, nişan keçiricilərinin hissələrinin yağlanması.
Ünvan: Sumqayıt şəhəri, Sumqayıt stansiyası





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR