Sumqayıtda hava

Cəmiyyət

Gizli yas mərasimlərində iştirak edənlərin nəzərinə

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım var. Virusun insandan-insana keçdiyini nəzərə alarsaq, kütləvi toplanılan yerlər sağlamlıq baxımından təhlükə yaradır. Qeyd edək ki, hələ mart ayından yas mərasimlərinin geniş formada keçirilməsi qadağan olunub. Amma buna baxmayaraq, yenə də yas mərasimlərində kütləvi toplaşma halları müşahidə olunur. Mərasim zalları fəaliyyət göstərmədiyindən ev şəraitində, darısqal otaqlarda insanların toplanması virusun yayılma təhlükəsini artırır. Son günlərdə yas mərasimində virusa yoluxanlar, hətta dünyasını dəyişənlərin olması vəziyyətin ciddiliyini bir daha gündəmə gətirir.
Əslində, insanlar bu məsələyə necə yanaşmalıdır? Yas mərasimlərinə qohum-əqrabanın, qonşuların toplanması mütləqdirmi?
Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, əhali arasında hələ də bu məsələyə laqeyd yanaşanlar var: “Bildiyiniz kimi, son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Təəssüf ki, hələ də bəzi vətəndaşlarımız məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar. Ölkəmizin milli təhlükəsizliyinin qorunması naminə hər birimiz daha diqqətli və məsuliyyətli olmalıyıq. Vətəndaşlarımızı qaydalara əməl etməyə çağırıram. Əks halda xəstəlik ölkəmizdə daha sürətlə yayılacaq, daha çox vətəndaşımız bu virusa tutulacaq”.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR