Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda 60 sakin inzibati məsuliyyətə cəlb olundu


Sumqayıtda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Sumqayıt şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nizami Paşayev Xeberle.com-a bildirib ki, ötən sutka ərzində 60 nəfər şəhər sakini karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Cərimə olunanlardan 40 nəfəri ictimai yerlərsə maska taxmadığına görə inzibati məsuliyyətə cəlb olunub.
Ümumilikdə isə 5 aprel tarixindən bu günə qədər Sumqayıtda 3860 protokol tərtib olunub.
Xüsusi karantin qaydalarının kobud şəkildə pozan 22 nəfərə isə inzibati həbs cəzası verilib.
Şəhərin küçə və prospektlərində müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR