Sumqayıtda hava

İqtisadiyyat

SOCAR rəhbərliyi 1.4 mln manat mükafat alıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəhbərlərinə ödənilən mükafatlar 9.4%  artırılıb.
Banker.az bildirir ki, bu barədə SOCAR-a kənar audit kimi cəlb edilən nüfuzlu audit şirkəti “E&Y” tərəfindən aparılan hesabatda deyilir.
2018-ci ildə SOCAR rəhbərliyinə 1.28 mln. manat məbləğində mükafatlar ödəndiyi halda, 2019-cu ildə 1.4 mln manat həcmində ödəmələr baş verib.
Qeyd edək ki, SOCAR-ın gəlirləri 2019-cu il də 83.75 mlrd manat təşkil etməklə, öncəki 2018-ci ildən 22.3% az olub. Mənfəət isə 5.79 mlrd manat olub.
Gəlirlərinin azalması əksi olaraq distrubitiv (1.24 mlrd manat) və ümumi inzibati (1.46 mlrd manat) xərcləri artmışdır. Eləcə də digər xərclərdəki artım Dövlət Neft Şirkətinin xalis mənfəətini 651 mln manat təşkil edib. Bu da öncəkindən iki dəfəyə yaxın artıq olub.
SOCAR-da rəhbərlik prezident və 12 vitse-prezident ilə təmsil olunur.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR