Sumqayıtda hava

Faydalı

Koronavirus olan mühitdə yaşamaq məcburiyyətindəyik. Nə etməli?


Koronavirus olan mühitdə yaşamaq məcburiyyətindəyik. Nə etməli?
Artıq bəllidir ki, yaxın illər COVİD-19 yox olmayacaq və biz onun varlığını qəbul edib yeni reallıqda yaşamağa çalışmalıyıq. Hər halda etibarlı vaksin və etibarlı dərman çıxana qədər belə olacaq.
Dövlət öz üzərinə düşənləri edir.
Hər kəs də özü üçün yeni yaşayış alqoritmi qurmalıdır.
İlk olaraq hər kəs qəbul etməlidir ki, görülən tədbirlərə baxmayaraq, onun xəstələnmək riski artır və sonda o da çox böyük ehtimalla xəstələnəcək. İmmunitet qazanıb bir müddət güvənli yaşamağın yolu hələlik xəstələnməkdən keçir.
Deməli hər birimiz gözəgörünməz virusla qarşılaşmağa həm psixoloji, həm də fizioloji cəhətdən hazır olmalıyıq.
Bu o deməkdir ki, bədənimizi olacaq görüşə hazırlamalıyıq.
Müsbət hal odur ki, artıq virus haqda çox bilgilərimiz var. Ən vacibi odur ki, virus sağlam orqanizmə heç nə edə bilmir. Deməli, biz bədənimizi sağlamlaşdırmalıyıq.
İlk növbədə orqanizmdə olan xronik xəstəlikləri sakitləşdirməliyik. Ağ ciyərdə, ürək-qan damar sistemində, böyrəklərdə, mədəaltı vəzdə (diabet), qara ciyərdə və digər orqanlarda xəstəlikləri olan insanlar öz həkimlərinin nəzarəti altında bunları stabilləşdirməlidirlər.
Sağlam həyat tərzi günün tələbidir.
Pis vərdişlərdən: siqaret, içki və s. mütləq uzaq durmaq lazımdır.
Virusa qarşı gözəl mübarizə vasitəsi olan immunitetimizi gücləndirməliyik. Bunun yolları hamıya bəllidir.
Gigiyenik prosedurlara əməl etməliyik.
Xəstələnməyimizə psixoloji olaraq hazır olmalıyıq. Koronavirus diaqnozu qoyurlarsa, buna mümkün qədər sakit yanaşmalıyıq, və bu faktı faciə kimi qəbul etməməliyik. Özümüzü adi qrip tutmuş kimi aparmalıyıq. Həyatımız dövründə dəfələrlə qrip keçirdib sağalmışıq! Bundan da elə sağalacağımıza əmin olmalıyıq!
İmmunitetin ən qatı düşməni panikadır. Panikaya düşməməliyik, xüsusən ailə üzvləri bir- birinə təsəlli və ürək- dirək verə bilməlidirlər. Bilin ki, bu gün evlərdə minlərlə insan virusa qarşı uğurla müalicə alır.
Sosial şəbəkələrdə məlum səbəblərdən neqativ xəbərlərin, şikayətlərin sayı kəskin artıb. Hamı mənfi enerjisini tökməyə yer axtarır və təəssüf ki, çoxları sosial şəbəkələri bunun üçün ən məqbul yer sayır. Müsbət informasiyaların və pozitiv fikirlərin bölüşdürülməsinə də böyük ehtiyac var. Bu həm immunitetimiz, həm də psixoloji əhvalımız üçün çox vacibdir.
İnanıram ki, hər birimiz virus səngərini uğurla dəf edəcəyik!
Allah köməyimiz olsun!
Hümbət Həsənoğlu, Həkim





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR