Sumqayıtda hava

Faydalı

SOCAR əməkdaşları üçün "Bizi qoruyan QAYDALAR toplusu"


SOCAR-da işçilərin təhlükəsizliyinin təmin olunması üzrə islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı olaraq SƏTƏMM və Keyfiyyət üzrə korporativ siyasət sənədi və standartlar hazırlanıb. Əsas məqsəd şirkətin bütün müəssisələrində və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqündə ən yüksək prioritet kimi bərqərar etməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının üzvü kimi SOCAR bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələri öz əməliyyatlarında da geniş tətbiq etməyə başlayıb.
Şirkət üzrə “Bizi Qoruyan Qaydalar toplusu” hazırlanıb.
Son dövrlərdə dünyada, o cümlədən ölkəmizdə koronavirus infeksiyasının yayılması hamımıza şəxsi və kollektiv təhlükəsizliyimizə xüsusi önəmlə yanaşmağın vacibliyini xatırlatdı. Şirkətin hər bir əməkdaşının bilməli və riayət etməli olduğu “Bizi qoruyan qaydalar” toplusu da  bu səbəbdən hazırlanıb.

BİZİ QORUYAN QAYDALAR

SOCAR Azərbaycan iqtisadiyyatının flaqmanı kimi respublikamızın yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqlarını təmin edir, ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasında, dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. Şirkət strateji hədəflərini və bu hədəflərə çatma yollarını respublikanın davamlı inkişaf konsepsiyasının iqtisadi, sosial və ekoloji tələblərinə uyğun müəyyənləşdirir, əməliyyat effektivliyinin artırılmasını daim diqqət mərkəzində saxlayır.
Bu gün bütün dünyada iqtisadi və sosial şərait sürətlə dəyişir, neft sənayesində innovativ rəqabət artır, texnoloji meyarlar yüksəlir, öhdəliklər mürəkkəbləşir. Bu şəraitdə biz də dəyişməliyik, ənənəvi biznes konsepsiyaları yenidən nəzərdən keçirilməli, aparılan əməliyyatlar rəqəmsal dövrün yeni tələblərinə cavab verməlidir. Son illərdə həyata keçirdiyimiz islahatlar nəticəsində biz Azərbaycan sərhədlərini aşaraq, əməliyyatlarımızı müxtəlif ölkələrdə qura bildik, respublikamızın sərvətinə sərvət qatdıq. Biznes proseslərinin idarəolunmasını təkmilləşdirərək aparıcı neft-qaz şirkətlərinin modelinə doğru irəlilədik və bu gün də yolumuza davam edirik.
Qlobal şirkətə çevrilmiş SOCAR 2018-ci ildən Neft və Qaz Hasilatçılarının Beynəlxalq Birliyinin (International Association of Oil and Gas Producers - IOGP) üzvüdür. NQHBB-də qazma, sualtı işlər, geomatika, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə fəaliyyət göstərən 83 neft-qaz şirkəti birləşib. NQHBB-nə üzv olmaqda SOCAR-ın əsas məqsədləri aşağıdakılardan ibarətdir:
  • Beynəlxalq neft və qaz sənayesində rəhbər tutulan və tövsiyə olunan əməliyyat standartlarını, prosedurları və qərarları rəsmi şəkildə əldə etmək, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində onlardan korporativ praktikada istifadə edərək əməliyyat təhlükəsizliyini və effektivliyinini təkmilləşdirmək
  • Mövcud platformada beynəlxalq neft və qaz hasilatçıları ilə eyni meydançanı bölüşmək, qabaqcıl beynəlxalq təcrübələrin araşdırılmasında, fəaliyyət göstəricilərinin müqayisəli təhlilində iştirak etmək və bu yolla beynəlxalq standartların formalaşmasında da nüfuz sahibi olmaq
NQHBB-nin tövsiyələsi əsasında biznes prosesinin təhlükəsiz idarə edilməsini, əsas vəsaitlərin və əməliyyatların bütövlüyünü özündə ehtiva edən SOCAR-da “Bizi Qoruyan Qaydalar” (BQQ) sənədi hazırlanmışdır. Təhlükəli hadisələr, aktivlərin itirilməsi (əsas vəsaitlər və məhsullar), biznesə mənfi təsirlər, əməliyyat xərclərinin artması, təhlükəli maddələrin ətraf mühiti çirkləndirməsi, risklərin qiymətləndirilməsi, vahid prosedur qaydalarına əməl edilməməsi, qaydaların və keyfiyyət standartlarının tələblərinin pozulması, idarəetmədə yanlış qərarvermə kimi neqativ halların qarşısının alınmasına yönələn “Bizi Qoruyan Qaydalar”ın tətbiq edilməsi SOCAR-ın korporativ SƏTƏMM üzrə idarəetmə sisteminin təkmilləşdirilməsi və rəqabət qabiliyyətli beynəlxalq neft şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır. SOCAR, beynəlxalq təşkilatların təcrübəsindən və tövsiyələrindən faydalanaraq, şanlı tarixi keçmişə malik Azərbaycan neft sənayesinin qlobal çağırışlara cavab verməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.

"BİZİ QORUYAN QAYDALAR"

SOCAR-da əməliyyatların bütövlüyünün idarəetmə sisteminə praktik dəstək məqsədi ilə hazırlanmışdır. Bu qaydalar şirkətin struktur vahidlərində işçilərin o cümlədən sahə personalı, podratçı təşkilatların işçilərinin və maraqlı tərəflərin zədələnmələrinin, bədbəxt hadisələrin, qəzaların baş verməsinin qarşısını almağa, əsas vəsaitlərin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə yönəlmişdir.

"BİZİ QORUYAN QAYDALAR"

Məlumat kitabçası istifadəçilərə iş yerlərində, sahələrdə insanların təhlükəsizliyini təmin etmək üçün SOCAR-ın bəzi tələblərini xatırlatmaq üçündür. Bunlara əməl olunması risk qiymətləndirməsini effektiv etməyi, işə başlamazdan əvvəl qoruyucu vasitələrin və nəzarətin mövcudluğuna əmin olmağı, eləcə də rəhbərliyin və məsul şəxslərin sahədə yoxlamaların aparılmasını asanlaşdıracaqdır.

TƏHLÜKƏSİZLİK
SƏNİNLƏ
BAŞLAYIR

BİZİ QORUYAN QAYDALARA uyğun olaraq yadda saxlayın...

  • Həm özümüz həm də ətrafımızda olanların təhlükəsizliyi üçün məsuliyyətli olmaq
  • İşdən əvvəl risk qiymətləndirilməsi apardıqdan və təhlükəsizliyi müzakirə etdikdən sonra tapşırığın icrasına başlamaq
  • Sağlamlığınıza uyğun, təlim və səriştəyə malik olduğunuz işlə məşğul olmaq
  • Fəaliyyət sahəsinə və risk qiymətləndirilməsinə müvafiq olaraq mühəndislik nəzarətindən, ən yaxşı təcrübədən və uyğun FMV-dən istifadə etmək
  • İşdən əvvəl Fövqəlada Hallara Cavab Planının (FHCP) mövcudluğundan əmin olmaq
  • Təhlükəli vəziyyətlər, qəzalar və bədbəxt hadisələr barədə məlumat vermək
  • İşin gedişatı prosesində planlaşdırılan əməliyyatlarda dəyişiklik varsa işi SAXLA,
    Dəyişikliklərin İdarə Olunması prosesisinin tam yekunlaşmasından ƏMİN OL
  • HƏR KƏSİN TƏHLÜKƏLİ ƏMƏLİYYATLARI SAXLAMAQ ÖHDƏLİYİ VƏ SƏLAHİYYƏTİ VAR.

İŞİN İCRASINA İCAZƏ

Qapalı sahələrə daxil olmazdan, elektrik işlərindən, odlu (isti) işlərdən, qaz təhlükəli işlərdən və digər təhlükəli əməliyyatların icrasından əvvəl işə icazə alınmalıdır. İşə icazə verilərkən aşağıdakılar həyata keçirilməlidir:
  • Əməliyyatların aparılma yerini, tapşırığın təsvirini və icazə müddətinin bitməsini müəyyən etmək
  • Görüləcək işlərdə təhlükələrlə əlaqəli riskləri müəyyən etmək
  • Riskləri aradan qaldırmaq və ya minimuma endirmək üçün nəzarət tədbirlərini müəyyən etmək
  • Təcrid edilməsi lazım olan enerji mənbələrini müəyyən etmək
  • Təcridetmələrin azad edilməsini tələb edən bütün icazələrin imzalanmasından əvvəl əməliyyatların tam olaraq bitməsindən əmin olmaq
  • Əməliyyatları digər bağlayıcı işlərlə (SIMOPs) əlaqələndirən icazələrin olmasını və ya eyni zamanda və birlikdə icra edilən əməliyyatları müəyyən etmək
  • Yalnız tapşırıq icazə sənədində qeyd edilmiş fəaliyyətin icrasına icazə vermək
  • Yuxarıdakı məlumatların prosesə cəlb edilmiş heyətə çatdırılmasından və onların qavramasından əmin olmaq
  • Əməliyyatlardan əvvəl potensial təhlükələrin və risklərin qiymətləndirildiyini, əməliyyatların təhlükəsiz aparılması üçün iş sahəsinin hazır olmasının vəziyyətini yoxlamaq
  • Səlahiyyətli şəxs bütün yoxlamalar və icazə müddətinin artırılması ilə bağlı məsuliyyət daşıyır.

NƏQLİYYATDA TƏHLÜKƏSİZLİK

Özü hərəkət edən texnikalar da daxil olmaqla, heç bir nəqliyyat vasitəsi aşağıdakı tələblərə əməl olunmadan istismar edilməməlidir:
  • Nəqliyyat vasitəsi tələb edilən təhlükəsizlik avadanlıqları ilə təchiz edilməlidir
  • Nəqliyyat vasitələrində sərnişinlərin daşınması istehsalçının müəyyən etdiyi kəmiyyət sayına uyğun və qanuni məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir
  • Yüklərin daşınması nəqliyyat vasitəsinin təhlükəsiz istismar qaydalarına, istehsalçı tərəfindən müəyyən edilmiş tələblərə və məhdudiyyətlərə uyğun həyata keçirilməlidir
NƏQLİYYAT VASİTƏSİ İSTİSMAR EDİLMƏMƏLİDİR:
  • Nəqliyyat vasitəsini idarə edən şəxsin və bütün sərnişinlərin nəqliyyat vasitəsinin hərəkətindən əvvəl təhlükəsizlik kəmərindən istifadə etdiyinə əmin olmadan
  • Nəqliyyat vasitəsini idarə edən şəxs həmin nəqliyyat vasitəsinin təyinatına və qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisas sinfi və kateqoriya üzrə sürücülük icazəsi və səriştəsi olan, tibbi müayinə olunmuş, müvafiq təlim keçmiş və bilikləri yoxlanılmış səlahiyyətli şəxs olmadıqda
  • Sürücünün tam dincəlib, yorğun olmadan, stressiz əməliyyatlara cəlb olunacağından əmin olmadıqda
  • Sürücü nəqliyyat vasitəsinin idarə edilməsinə mənfi təsir edən alkoqol, narkotik və uyuşdurucu maddələrin, tibbi dərmanların təsiri altında olduqda
  • Əldə tutulan ikitərəfli əlaqə vasitələri və telefondan istifadə edildikdə
  • İstismarla bağlı risklər müəyyənləşdirilib və müvafiq təhlükəsizlik tədbirləri icra edilmədikdə.

YÜKSƏKLİKDƏ GÖRÜLƏN İŞLƏR

Mühafizə məhəccərləri ilə təchiz edilmiş və müvafiq olaraq bərkidilmiş taxtabəndlər olmadan 1,8 metrdən artıq hündürlükdə əməliyyatlar icra olunmamalıdır. Riskləri müəyyənləşdirilməmiş və təhlükəsizlik tədbirləri yerinə yetirilməmiş bir addım hündürlüyündə görülən işlər də potensial təhlükədir. Yüksəklikdə işlərin təhlükəsiz görülməsi üçün:
  • Yıxılmadan mühafizə sistemlərinin bütün bağlantı nöqtələrinin kilidləndiyindən əmin olmaq
  • Yüksəklidə icra edilən əməliyyatlar zamanı FHCP-nın olmasına və müvafiq olaraq istifadə ediləcək avadanlıqların işə hazır olduğuna əmin olmaq
  • Yıxılmadan mühafizə edən avdanlıqların işə başlamazdan əvvəl yoxlandığından əmin olmaq
  • Yüksəklikdən düşə biləcək alət, avadanlıq və əşyaların risk qiymətləndirilməsindən və idarə edilməsindən əmin olmaq
  • Mühafizə olunmuş yerdən kənarda işləyən zaman təsdiqlənmiş dayaq (anker) nöqtələrinə tam bağlantının təmin edildiyindən əmin olmaq
  • Səyyar ərazilərdə hündürlükdə işlər icra edilərkən və mühafizə mühəccərləri ilə təchiz edilmə mümkün olmadıqda standartlara uyğun xüsusi texnikanın, nərdivanların istifadəsindən, və bağlantı nöqtələrinin baş səviyyəsindən hündür yerdə seçilməsindən əmin olmaq.

TORPAQ İŞLƏRİ

Aşağıdakı tələblər icra edilmədən insan və ya texnika müdaxiləsi ilə torpaqda çuxur, xəndək, çala qazılmamalı, torpaq çıxarılmamalı və yer səthində depressiya yaradılmamalıdır:
  • İş sahələrinin risk və təhlükəsizlik dəyərləndirilməsi səriştəli şəxslər tərəfindən aparılmalıdır
  • Yer altında olan bütün təhlükə mənbələri: kommunikasiya xəttləri, boru kəmərləri, elektrik kabellərinin yeri müəyyənləşdirilməli, lazım gəldikdə təcrid edilməlidir
  • Torpaq işləri qapalı sahə statusuna daxil olduqda iki mərhələli İşlərin İcrasına İcazə sistemi tətbiq edilməlidir
  • Torpaq çökməsinin, axmasının, dağıntısının və uçqunun qarşısının alınması üçün qabaqlayıcı təhlükəsizlik tədbirləri icra edilməlidir
  • Qazıntı sahəsinə təhlükəsiz giriş-çıxış üçün plan mövcud olmalıdır
  • FHCP-nın torpaq işlərindən əvvəl hazır olması tələb olunur
  • İnsan müdaxiləsi və yağış, qar və s. kimi təbii hadisələrdən sonra torpaq işləri gedən ərazi yoxlanılmalıdır
  • Dəyişikliklərin monitorinqi üçün torpaq və ətraf mühitin təsiredici amilləri daim izlənməlidir.

TƏHLÜKƏSİZ YÜKQALDIRMA

Kranlar , yükqaldırma qurğuları, liftlər və digər mexaniki qaldırıcı vasitələr aşağıda göstərilən tələblər icra olunmadığı təqdirdə istismar edilməməlidir:
  • Səriştəli və səlahiyyətli şəxs tərəfindən yükqaldırma vasitəsi və yüktutucu tərtibatlar prosesdən əvvəl yoxlanılmalıdır
  • Yükqaldırma əməliyyatında iştirak edən hər kəs iş təyinatına uyğun olaraq səriştəli, təlim keçmiş və bilikləri yoxlanılmış olmalıdır
  • Yükqaldırma avadanlıqları və mexanizmləri yerli qanunvericilik və müvafiq beynəlxalq standartların tələblərinə uyğun olmalıdır
  • Qaldırılacaq yükün çəkisi mexanizmin statik və dinamik yükgötürmə qabiliyyətindən aşağı olmalıdır
  • Yükqaldırma avadanlıqları üzərinə quraşdırılmış təhlükəsizlik mexanizmləri istismara yararlı vəziyyətdə olmalıdır
  • Yükqaldırma prosesində doğru və kəsintisiz rabitə əlaqəsinin olacağına əmin olmaq lazımdır
  • Yükqaldırma prosesinə təsir edə biləcək külək, torpaq vəziyyəti kimi kənar amillərin daim monitorinqi aparılmalıdır
    • Kranları istismar edən təşkilatlar, krançı və ilməkçi arasında siqnal mübadiləsi qaydası müəyyən edilməlidir
    • Kranın işi üçün yol verilə bilən külək sürəti öz həddini keçdikdə kranın istismarı dayandırılmalıdır
    • Əmrlə hər bir iş sahəsində, hər növbədə kranlarla təhlükəsiz iş icrasına cavabdeh şəxslər təyin olunmalıdır
  • Kənar şəxslərin əməliyyat ərazisinə girişinin qadağan edilməsi üçün ərazi məhdudlaşdırılmalıdır
  • Yükqaldırma prosesində qaldırılan yükün altında durmaq, atəş xətti boyu hərəkət etmək QƏTİ QADAĞANDIR!

QAPALI SAHƏ

Aşağıda göstərilmiş tələblər icra edilmədikdə bütün növ qapalı sahələrə giriş qadağandır:
  • Sahəyə təsir edən bütün enerji mənbələrinin təcrid edildiyinə əmin olmaq
  • Qapalı sahədə atmosferin tərkibi İşlərin İcrasına İcazə vərəqində göstərildiyi göstəricilər üzrə test edilib, giriş üçün təsdiq edilməlidir
  • Qapalı sahədə təhlükələr, risklər və nəzarət tədbirləri təsirə məruz qala biləcək bütün tərəflərə çatdırılmalı, məlumatlar paylaşılmalıdır
  • Qapalı sahədə işləyən insanlarla əlaqəni təmin etmək, eləcə də əməliyyatı nəzarətdə saxlamaq üçün işin bitməsinə qədər nəzarətçi təyin edilməlidir. Onun qapalı sahəyə girişdən uzaqlaşması qadağandır
  • Qapalı sahədən təxliyyə üçün FHCP-nın və uyğun xilasetmə avadanlıqlarının mövcudluğuna əmin olmaq lazımdır
  • Qapalı sahəyə yalnız səlahiyyətli şəxslər daxil ola bilər
  • Qapalı sahəyə daxil olmaq üçün icazə sənədi tələb edilməlidir.

ODLU İŞLƏR

Odlu işlərin icrasına başlamaq aşağıdakı tələblər təmin olunmadığı təqdirdə qadağandır:
  • Bütün potensial yanğın və partlayış təhlükəsi olan maddələr təcrid edilməli, qığılcım və istilik mənbələrindən uzaq saxlanmalıdır
  • Səlahiyyətli şəxs İşlərin İcrasına İcazə sənədində qeyd edildiyi kimi əməliyyatların icrasından əvvəl və davamlı olaraq atmosfer tərkibini test etməli və qeydiyyata almalıdır
  • Yanğın və partlayış təhlükəli maddələrin saxlanma şəraiti üçün əlavə nəzarət tədbirlərinin tətbiq olunduğuna əmin olunmalıdır
  • Əməliyyat sahəsi üçün müvafiq tələblərin nəzərə alındığına və risk qiymətləndirməsinin, FHCP-nın hazır olduğuna əmin olunmalıdır

ENERJİNİN TƏCRİD EDİLMƏSİ

Mexaniki, elektrik, hidravlik və sair enerji sistemlərinin təcrid olunduğuna əmin olmaq lazımdır
  • Təsdiq edilmiş üsullar
    • Təcridetmə avadanlıqları
    • Toplanmış və qalıq enerjinin boşaldılması
  • Təcridetmə nöqtələrinin kilidlənməsi və işarələnməsi
  • Təcridetməni təsdiq etməzdən əvvəl onun effektivliyi test edilməlidir
  • Təcridetmənin statusu barədə aşağıdakılar arasında doğru ünsiyyətin təmin edilməsi
    • Növbələr
    • Müxtəlif işçi qrupları
  • Təcridetmənin effektivliyi üçün mütəmadi monitorinqlərin aparılması

ATƏŞ XƏTTİ

Özünüzü və digərlərini atəş xətti təhlükələrindən qoruyun. Aşağıdakı tələblərin icra olunduğuna əmin olun:
  • Hərəkət edən obyektlərin təhlükə və risklərini minimuma endirmək üçün təhlükəsizlik tədbirlərinin tətbiq olunduğuna
  • Nəqliyyat vasitələrinin bir-birinə və ətrafa təhlükəli təsirinin olmamasına
  • Təzyiqin düşməsi və ya qalxması riski ilə əlaqədar, təhlükəsizlik tədbirlərinin həyata keçirildiyinə
  • Mühafizə zolaqlarının və məhdudlaşdırılmış zonaların müəyyənləşdirilməsinə və bu zonalarla əlaqədar təhlükəsizlik tələblərinə riayət edildiyinə
  • Düşmə ehtimalı olan əşyaların bərkidildiyinə və məruzə edildiyinə.

FÖVQƏLADƏ HALLAR

  • Fövqəladə Hallara Cavab Planı İşin İcrasına İcazə sistemi tələb edən bütün işlərə inteqrə edilməlidir. FHCP-nın tətbiqi üçün aşağıdakı tələblərin icra olunduğuna əmin olun:
  • Fövqəladə Halların İdarə edilməsi üçün yerli qanunvericiliyə, beynəlxalq standartlara və ən yaxşı təcrübəyə istinad edən qaydaların olması
  • Fövqəlada Halların təsnifatlandırılması
  • Təsnifatlaşdırmaya müvafiq təxliyyə vasitələrinin siniflərə bölünməsi
  • Təxliyyə vasitələrinin dövri yoxlamasının keçirilməsi
  • Təxliyyə komanda və dəstələrinin tərkibinin müəyyənləşdirilməsi
  • Təsdiq olunmuş illik plana əsasən praktiki məşğələlərin keçirilməsi
  • Məşğələlərdən öyrənilmiş dərslərin qaydaların təftişində, yenilənməsində istifadə edilməsi





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR