Sumqayıtda hava

Elan

Sumqayıtda İŞ VAR: STP-dən 3 VAKANSİYA


“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin / işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.
1. Sistemin idarə edilməsi şöbəsi, Sistem inzibatçısı
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında  proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq üçün təkliflər hazırlamaq;
- İstifadəçi hesabları və elektron poçt ünvanlarının yaradılması;
- İdentifikator və şifrə siyasətini təyin etmək;
- İstifadəçilərə şəbəkədən istifadə etməyi, arxiv idarəçiliyini öyrətmək; şəbəkə ilə əlaqəli istifadəçi suallarına cavab vermək; şəbəkə proqramı ilə işləmək üçün təlimat tərtib etmək və istifadəçilərin diqqətinə çatdırmaq;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
- İnformasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak edir;
- İstifadəçilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edir və sistemi bərpa edir;
- Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq;
- Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
- Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması üçün təkliflər hazırlamaq;
- Məlumat sistemi komponenetlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
- Şəbəkənin, serverlərin və iş stansiyalarının antivirus ilə qorunmasını həyata keçirmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək.
TƏHSİL / TƏCRÜBƏ:
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Adları qeyd olunmuş sertifikatların olmasına üstünlük verilir: Microsoft Windows Server Certificates (MTA, MCSA, MCSD, MCSE), RHCSA, RHCE, VCA, VCP, VCAP, VCDX, Comptia Network +, Comptia Server +, HPE Certificates;
ƏLAVƏ MƏLUMATLAR:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sistem inzibatçısı, İnformasiya Texnologiyaları Departamenti” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

2. İnformasiya Texnologiyaları Departamenti, Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- SQL arxitekturasının qurulmasında iştirak etmək;
- Daxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirmək;
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
- Proqram təminatının təkminləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
- Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
- Proqram qrupu tərəfindən yaradılan yeni layihələrin tətbiq olunmasını qiymətləndirməli və lazım olduqda həll təklifləri etməli;
- İş cədvəllərini proqramlaşdırmaq və komanda üzvlərinə tapşırıqlar vermək;
- Biznes tələblərin təhlili və tələblərə uyğun yeni proqram təminatının hazırlanması;
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət;
- Proqramlarda baş vermis nasazlıqların aradan qaldırılması;
- Konkret təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər, Web və ya digər kitabxalara daxildir;
- Proqramlaşdırma şöbəsinin işçilərinə tapşırıqlar vermək və tapşırıqların vaxtında icra olunmasına nəzarət etmək;
- İnkişaf etməkdə olan texnologiyalar, aparat və proqram təminatlarının araşdırılması.

TƏHSİL / TƏCRÜBƏ:
- Ali təhsil
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- Visual studio JAVA, C#, pl-sql, asp.net, oracle forms-la işləmə bacarığı.

ƏLAVƏ MƏLUMATLAR:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şöbə müdiri, İnformasiya Texnologiyaları Departamenti” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

3. Proqram təminatı və idarəetmə sistemləri şöbəsi, Aparıcı mütəxəssis
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İqtisadi və digər məsələlərin həllinin riyazi modellərinin, alqoritmlərinin təhlili   əsasında hesablama texnikası vasitələri ilə alqoritm və müvafiq məsələlərin yerinə yetirilməsi imkanını təmin edən proqramları işləyib hazırlamaq, onların testləşdirilməsini və sazlanmasını həyata keçirmək;
- Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək;
- Alqoritmik funksiyaları təyin edib yazdığı program təminatının blok sxemini hazırlamaq;
- Hazır program təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək;
- Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
- Perspektivli işlər və texnologiyalar barədə şöbə rəhbərinə mütəmadi məlumat vermək;
- Tapşırılmış iş barədə mütamadi olaraq şöbə rəhbərinə məlumat vermək;
- Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək;
- Fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə yerli və xarici müəssisələrlə əlaqələr qurmaq.

TƏHSİL / TƏCRÜBƏ:
- Ali təhsil
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- JS ilə işləmə bacarığı;
- C#, .Net proqramlaşdırma HTML5, CSS3 ilə işləmə bacarığı;
- Angular framework ilə işləmə bacarığı;
- Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı;
- Git işləmə bacarığı.

ƏLAVƏ MƏLUMATLAR:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mütəxəssis, Proqram təminatı və idarəetmə sistemləri şöbəsi” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR