Sumqayıtda hava

Elan

FHN Akademiyasında təhsil almaq istəyənlərin nəzərinə


Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.azelektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar:
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Doğum haqqında şəhadətnamənin surəti;
  • Orta təhsil haqqında attestatın surəti (11-ci sinif şagirdləri üçün müvafiq arayış);
  • Orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin surəti;
  • Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçmə haqqında elektron ərizənin surəti;
  • FHN Akademiyasına qəbulla bağlı elektron ərizənin imzalanmış surəti.
  • Sorğu vərəqini dolduraraq imzalanmış surəti.
Elektron müraciəti əsasında namizəd kimi qeydə alınan abituriyentin fiziki hazırlığını müayinə etmək məqsədilə elektron ünvanına FHN-in Xüsusi Həkim Ekspertiza Komissiyasına getməsi üçün göndəriş ötürüləcək. Namizəd göndərişə aşağıda qeyd edilən sənədləri əlavə etməklə göstərilən tarixdə müayinə olunmaq üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 124 ünvanında yerləşən Xüsusi Həkim Ekspertiza Komissiyasına  şəxsən gəlməlidir:
  • Yaşayış yeri üzrə qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ilə aid qısa epiqriz;
  • QİÇS (SPİD) olmaması barədə arayış;
  • Vərəm dispanserindən arayış;
  • Ruhi-əsəb dispanserindən arayış;
  • Narkoloji dispanserdən arayış;
  • Dəri-zöhrəvi dispanserindən arayış.
* Sorğu vərəqinin şablonunu buradan yükləyə bilərsiniz.
* Seçdiyiniz ixtisasa uyğun ərizə formasını aşağıdan yükləyə bilərsiniz.
Hər iki ixtisas
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Yanğın təhlükəsizliyi mühəndisliyi
Əlaqə telefonları:  (012) 512-41-61
WhatsApp: (055) 754-12-39 ; (070) 745-16-45
Email: sqk@fhn.gov.az





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR