Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtın əsas ekoloji problemi həll edilir - VİDEO


Sumqayıt şəhərində son illər bütün sahələrdə kompleks işlər görülür. Şəhərdə uzun illərdən qalan, sakinləri narahat edən problemlər köklü surətdə həll edilir. Şəhərin əsas problemlərindən biri Acıdərə kanalı da artıq öz həllini tapıb. Dövlət başçısnın tapşırığına uyğun olaraq hazırda Acıdərə kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır.
Sumqayitxeber.com-un məlumatına görə, şəhərin ərazisindən keçən Acıdərə kanalının qapalı sistemə salınması üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi tam hazırdır.
Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib.
Qeyd edək ki, Acıdərə kanalına yeraltı və kanalizasiya suları axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu isə ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alırdı. Kanalın çirkab suyu həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olaraq əlavə çətinliklər yaradırdı.
Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR