Sumqayıtda hava

Faydalı

Hacət namazı nədir, necə qılınır?


Dünyəvi və uxrəvi bir istəyi olan şəxs dəstəmaz alaraq yatsı namazından sonra iki və ya dörd rükət, başqa bir rəvayətə görə isə on iki rükət namaz qılar. Namazdan sonra Allaha (c.c.) həmdü-səna, Rasulullaha salatu-salam edər. Bunlardan sonra Hacət duasını oxuyaraq istəyini Allahdan niyaz edər.
Mərfu bir hədisin rəvayətinə görə, bu namazın birinci rükətində bir dəfə Fatihə, üç dəfə Ayətəl-Kürsi oxunar. Digər rükətlərin hər birində isə “Fatihə” ilə yanaşı “İxlas”, “Fələq”, “Nəs” surələri oxunar.
1. Rükətdə: “Sübhanəkə”, “Fatihə” + “Ayətəl-Kürsi” (Bəqərə surəsi, 255) 3 dəfə oxunur.
2. Rükətdə: “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs”. Rükətin sonunda təhiyyat, salli, barik duaları oxunur. Namaz iki rükətdə bir salam verilərək də qılına bilər.
3. Rükətdə: “Sübhanəkə”+ “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs”.
4. Rükətdə: “Fatihə” + “İxlas” + “Fələq” + “Nəs” surələri oxunduqdan sonra namaz üsuluna uyğun bir şəkildə tamamlanır və hacət duası oxunar.
Tirmizi və İbn Macənin Abdullah ibn Əvfadan rəvayət etdiklərinə görə, Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Kimin Allahdan və insanlardan hər hansı bir istəyi, diləyi varsa, dəstəmaz alaraq iki rükət namaz qılsın. Sonra Allaha həmdü-səna edərək Rəsuluna səlatu-salam gətirsin. Daha sonra da bu duanı oxusun.

لَا إِلَهَ إِلَّا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمَ مَغْفِرَتِكَ وَالْعِصْمَةَ مِنْ كُلِّ ذَنْبٍ وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالسَّلَامَةَ

مِنْ كُلِّ إِثْمٍ لَا تَدَعْ لِي ذَنْبًا إِلَّا غَفَرْتَهُ وَلَا هَمًّا إِلَّا فَرَّجْتَهُ وَلَا حَاجَةً هِيَ لَكَ رِضًا إِلَّا قَضَيْتَهَا يَا أَرْحَمَ الرَّاحِمِينَ. [1]

اَللّهُمَّ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سـُبْحَانَ رَبِّ السَّـموَاتِ السَّـبْعِ وَرَبِّ الْعَـرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

اَللّهُمَّ كَاشِـفَ الْغَمِّ مُفَرِّجَ الْهَمِّ مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ إِذَا دَعَوْكَ رَحْمانَ الدُّنْيَا وَاْلاخِرَةِ وَرَحِيمَهُمَا فَارْحَمْنِي فِي حَاجَتِي هذِهِ بِقَضَائِهَا

وَنَجَاحِهَا رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ [2]

Mənası: “Həlim və Kərim Allahdan başqa ilah yoxdur. Ərşi-Əzəmin Rəbbi Allahı təsbih edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəbbim, Səndən, mərhəmətini cəlb edəcək şeyləri, gerçəkləşməsi yəqin olan məğfirətini, günahdan qorunmağı, hər cür yaxşılığı qazanmağı, hər cür günahdan da əmin olmayı istəyirəm. Rəbbim! Məndə əfv edib, bağışlamadığın hər hansı bir günahımı, dəf etmədiyin kədərimi, Sənin rizana uyğun, ancaq həll edə bilmədiyim heç bir ihtiyacımı buraxma. Ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım! Dualarımı qəbul et.”
Allahım, Sən bəndələrinin ixtilaf etdikləri şeylərdə hökm verənsən. Uca və Əzəmətli Allahdan başqa ilah yoxdur. Həlim və Kərim Allah yeganə ilahdır. Yeddi qat səmanın və Ərşi-Əzəmin Rəbbi Allahı təsbih edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Ey dərdi-kədəri gedərən, dua etdiklərində çarəsizlərin duasına qarşılıq verən Allahım! Ey dünya və axirətin Rəhman və Rəhimi! Məruz qaldığım dərd və sıxıntımı, ehtiyacımı həll edib aradan qaldır. Ey Rəbbim mənə elə mərhəmət et ki, başqalarına möhtac olamayım.”
Xəstəliyə düçar olan şəxslər də o xəstəlikdən, iztirabdan qurtulmaq üçün hacət  namazı qıla bilərlər.
Osman ibn Hüneyfənin rəvayətinə görə Hz. Peyğəmbərin yanına gözləri görməyən bir adam gələrək, gözlərinin sağalması üçün Allaha dua etməsini xahiş etdi. Allah Rəsulu (s.ə.s.): “İstəyirsən, haqqında duanı gecikdirim. Sənin üçün bu daha xeyirli olar” – buyurdu. Həmin şəxs: “…xeyr dua et!”– dedikdə. bu adama şərtlərinə uyğun gözəl bir dəstəmaz alaraq iki rükət namaz qılmasını sonra da bu duanı etməsini tövsiyyə etmişdir:

اَللّهُمَّ إِنِّي أَسْأَلُكَ وَأَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيّـِكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ، يَا مُحَمَّدُ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى رَبِّي فِي حَاجَتِي هَذِهِ لِتُقْضَى لِي، اَللّهُمَّ فَشَفّـِعْهُ فِيَّ.

Mənası: “Allahım! Səndən bir şey istəyirəm. Sənə rəhmət peyğəmbəri Hz. Muhəmməd (s.ə.s.) ilə birlikdə yönəlirəm. Ey Muhəmməd! Mən bu ehtiyacımın qarşılanması üçün Rəbbimə yönəldim. Ey Allahım! Əfəndimiz Hz. Muhəmmədi (s.ə.s.) haqqımda şəfaətçi eylə!”[3] Bu duadan sonra da həmin səhabənin gözlərinin gördüyü rəvayət edilmişdir.
Hacət namazının qılınma vaxtı
Hacət namazı, bir haqsızlıqla qarşı-qarşıya qaldıqda, bir əşya itdiyində, tanıdığımız bir kimsədən xəbər ala bilmədikdə qılınır və ardınca da məqsədimizin hasil olması üçün dua edilir. Ən müstəhəb vaxtı cümə axşamıdır.
Əgər uzun müddət davam edən bir dərd, sıxıntı və ya arzu, dilək varsa yatsı (işa) və ya təhəccüd namazından sonra hacət namazı qılına bilər.
Ayrıca yaşadığımız coğrafiyanın və İslam aləminin məruz qaldığı məğlubiyyət və zillətdən xilas olması, haqq və həqiqətin dünyada hakim olması üçün 40 gün və yaxud o sıxıntı və çətinlik aradan qalxana qədər Hacət namazlarına davam etməyi tövsiyə edilir.
[1] Tirmizi, Vitr,17 h No:479;
[2] Bəzi könül əhli bu duanı da əlavə etmişlərdir.
[3] İbn Macə, İqamə, 189; Qeyd: İbn Macə bu hədis üçün “səhih” demişdir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR