Sumqayıtda hava

İqtisadiyyat

“SOCAR Polymer”də koronavirusla mübarizə yüksək səviyyədə aparılır


İyulun 9-da müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisəsi tərəfindən “SOCAR Polymer”in 190 işçisindən COVİD-19 infeksiyasının müəyyənləşdirilməsi üçün burun və ağız boşluğundan yaxma nümunəsi götürülüb.
Analizin nəticələrinin yaxın 2 gün ərzində açıqlaması güman olunur.
Şirkətdən verilən məlumata görə, koronavirus infeksiyasının yayılma riskinin azaldılması məqsədilə bütün ofis ərazisində girişlərə spirt əsaslı əl dezinfeksiyaedici gel qutuları qoyulub, zavoda gələn bütün xidməti şirkət maşınları və anbarda çalışan yük maşını sürücüləri maska, əlcək və dezinfeksiyaedici gellərlə təmin edilir, şirkət tərəfindən effektivlik müddəti 48 saat olan maskalar paylanılır, istehsal sahəsi və ofislər, bütün dəhlizlər da daxil olmaqla idarəetmə otaqları, xarici zavod girişləri təsdiq olunmuş dezinfeksiya planına əsasən gündəlik təmizlənir, üz maskalarından istifadə bütün görüşlərdə və kiçik toplaşmalarda minimal məcburi şəxsi mühafizə vasitəsi elan edilib, ciddi zərurət olmadığı hallarda iclas zallarında, eləcə də iş otaqlarında istehsalat müşavirələri, təqdimat və digər təyinatlı yığıncaqlar keçirilmir, eləcə də, zavodda çalışan əməkdaşların sayı minimuma endirilərək zavodun gündəlik və fasiləsiz fəaliyyəti üçün lazım olan sayda işçi qüvvəsi saxlanılıb, digər əməkdaşların işlərinə evdən davam etməsinə şərait yaradılıb.






Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR