Sumqayıtda hava

İqtisadiyyat

"Sumqayıt Texnologiyalar Parkı"nın baş direktoru istefa verdi


"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.
Qurumdakı mənbənin "Report"a verdiyi məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Emin Məmmədov müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, "Express Bank" ASC-də çalışıb.
STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR