Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt sakini 1000-dən çox abonenti qazsız qoydu


İyunun 28-də, saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib. Azəriqaz İB-nin Mətbuat Xidmətinin məlumatına görə, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb. Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb.
Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR