Hadisə

Qadınlara qənim kəsilən Sumqayıt sakininin əməlləri ifşa edilib

Bir müddət öncə Sumqayıt şəhər sakini Tahir Ağayev Sumqayıt şəhər Məhkəməsi tərəfindən inzibati qaydada həbs olunmuşdu.

"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşları tərəfindən, həbs edilmiş şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun digər cinayətkar əməlləri də müəyyənləşdirilmişdir.

Məlum olub ki, T.Ağayev ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, bu il yanvarın 7-də isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini də almışdır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR