Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkı ixtisaslı kadr hazırlığına başlayır


Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılmış müasir tipli peşə təhsil müəssisəsinə 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu nəzərdə tutulur.
"Yenisumqayit.az" İqtisadiyyat Nazirliyinə istinadla bildirir ki, 500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı peşə təhsil müəssisəsində kimya, inşaat və mexatronika istiqamətləri üzrə - torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Tədris prosesində istifadə edilən təhsil proqramları (kurrikulumlar) müvafiq sənaye sahələri üzrə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
1 illik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.
Qəbul vaxtı və proseduru barədə əlavə məlumat veriləcəkdir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR