Sumqayıtda hava

Cəmiyyət

Tovuzda yaralanan əsgərimizin ailəsinin borcunu Azəriqaz ödədi


Masallı rayonu Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alan kimi məsələyə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi dərhal reaksiya göstərib. Qurumun Mətbuat Xidmətinin məlumatına görə, məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.
“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq.Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim Birliyin diqqətindədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR