Dünya
ABŞ Konqresində Ermənistan əleyhinə düzəlişlər qəbul edildi
ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər.
Proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.
Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.
Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Brəd Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub.
Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.
ANCA-nın yaydığı məlumata görə, erməni tərəfi Azərbaycan əleyhinə düzəlişlərin keçməməsinə və Ermənistan əleyhinə qəbul olunmuş düzəlişə görə öz məyusluğunu gizlətməyib.
Azərbaycan tərəfinin bu əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplamaq fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd edib. Halbuki, Frank Palloun tərəfindən irəli sürülmüş və ermənilərin istinad etdiyi “Müdafiə katibinin Dövlət katibi ilə birgə əlaqələndirilməklə 333-cü bölmə çərçivəsində xarici ölkələrin təhlükəsizlik qüvvələrinə yardım göstəriləndən əvvəl və ya yardım göstərilən zaman beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını pozub-pozmadığı barədə Konqresə hesabat təqdim olunması, habelə belə pozuntuların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsinə” dair 396 saylı düzəlişdə Azərbaycan barədə heç bir istinad mövcud deyil və düzəliş ABŞ-ın bütün hərbi müttəfiqlərinə və yardım göstərdiyi tərəfdaşlara aiddir.
Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şayiələr yaymaqla bu məsələdə müəyyən çaşqınlıq yaratmağa cəhd etmişlər. Ümumiyyətlə, erməni tərəfinin dövlətimizə qarşı uydurma təbliğatının əsas məqsədi ABŞ-Azərbaycan münasibətlərinə, Azərbaycan xalqının birliyinə mane olmaq, eləcə də erməni lobbisinin maliyyələşməsinin davam etməsidir. Bu xüsusda, erməni lobbisinin və digər dairələrin təxribatlarına uymamaq, olduqca ehtiyatlı yanaşmaq və məlumat mənbələrini dəqiq yoxlamaq vacibdir.
İkisahil.comBu bölmədə bənzər xəbərlər
- “Facebook” Azərbaycanla bağlı səhvini aradan qaldırıb
- ABŞ separatçı rejimə birbaşa maliyyə dəstəyi göstərir - SİTAT
- ABŞ tankları Rusiyaya çatdı
- Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib
- Ermənistan kəşfiyyat-təxribat qrupu məhv edilib
- Daha bir ştat Xocalı soyqırımını tanıdı (FOTOSESSİYA)
- 10 erməni hərbçisi belə məhv edildi (VİDEO)
- DSK-nın qərarı ləğv edildi - Kəramət Salayevin Sumqayıtdan namizədliyi qeydə alındı
- Ermənistan xəbərləri
- Müdafiə Nazirliyi ermənistan mətbuatının məlumatlarını təkzib edib
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)