Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtın bu marketlərində daha çox qayda pozuntusu aşkarlandı


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin məlumatına görə, 20 və 21 iyul tarixlərində Bakıda və regionlarda fəaliyyət göstərən ümumilikdə 463 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 170 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Abşeron rayonu, Xırdalan şəhərində “Bizim” market, Məmmədov Pərviz Xalib oğluna məxsus ət satışı mağazası, Novxanı kəndində Məmmədov Fəqan Etibar oğluna məxsus ət satışı mağazası, Sumqayıt şəhərində “Gündüz”, “Hacıbala”, “Odlar Yurdu”, “Səda store” və “Grandmart” marketlər daha çox uyğunsuzluq aşkar edilib.
Aşkarlanmış faktlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
AQTA ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR