Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt bələdiyyəsinin üzvü dələduzluqda ittiham edilir


Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un əldə etdiyi xəbərə görə, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Dəmirov Fərid İslam oğlu etibardan sui-istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR