Sumqayıtda hava

Elan

BP şirkəti gənc mühəndislər üçün biznes təhsili proqramına başlayır


Bu gün bp Azərbaycanda gənc mühəndislər üçün yeni biznes təhsili proqramına başlayıb. Azərbaycanda bp tərəfindən tam maliyyələşdirilən bu proqram gənc mühəndislərin öz karyeralarında ehtiyac duyduqları idarəetmə və biznes bacarıqlarını inkişaf etdirmələrinə yardım etmək üçün nəzərdə tutulub. Bu layihə bp-nin ölkədə potensialın yaradılmasına və ümumilikdə təhsilin inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir.
Proqram çərçivəsində gənc mühəndislərə daxili və xarici əməliyyatları təkimilləşdirməkdə lazım olan analitik vasitələr və üsulları tədris etmək üçün geniş təlimlər təklif olunacaq. Gözlənilir ki, bu yeni bacarıqlar gənc mühəndislərə mürəkkəb biznes problemlərini təhlil etməyə və qiymətləndirməyə imkan yaradacaq və “problem həll etmə” və “qərar vermə” kimi sahələrə çevik yanaşmalar tətbiq etməyə kömək edəcək.
Proqram Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunacaq və ölkədəki bütün təşkilatların gənc mühəndisləri üçün açıq olacaq. Proqramın kurikulumuna biznesin idarə olunmasına dair nəzəri və praktiki biliklər, nizamlayıcı təlimlər və uğurlu təcrübəçilər ilə iş daxildir.
Bu gün proqramın açılışına həsr edilmiş onlayn tədbirdə çıxış edən bp-nin Yaxın Şərq və Xəzər Regionunda kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Uzun illər gənc mühəndisləri işə götürərkən biz öz təcrübəmizdə də bir çox hallarda müşahidə etmişik ki, onların peşə bilikləri və texniki bacarıqları güclü olsa da, idarəetmə və biznes bacarıqlarında çatışmazlıqlar olur. Beləliklə, qərara gəldik ki, gənc mühəndislərə dünyada və Azərbaycanda müasir bizneslərin və təşkilatların daha çox tələb etdiyi zəruri biznes idarəetmə bacarıqlarının inkişaf etdirilməsində yardım edə bilərik. Bu mühüm proqramın idarə edilməsini öz üzərinə götürdüyünə görə BANM və onun rəhbərliyinə minnətdarlığımızı bildiririk və əminik ki, bu, bp və bu möhtəşəm ali məktəb arasında çox uğurlu əməkdaşlığın digər bir bariz nümunəsi olacaq.”
BANM-in rektoru Elmar Qasımov dedi: “Təlimlər səkkiz əsas moduldan ibarət olacaq: Rəhbərlik və komandalar: digərlərini necə moyivasiya etməli; Layihələrin idarə edilməsi və risklər; Maliyyə idarəetməsi; İnsan resursları; Dəyilikliklərin idarə olunması; “Design thinking”; Çevik idarəetmə; Etik normalar və tələblərə uyğunluq.
Layihənin ümumi dəyəri 258000 AZN-dir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR