Sumqayıtda hava

Siyasət

Avropa və Amerikanın mərkəzində erməni vandalizmi


Bir neçə gün əvvəl Ermənistanın sərhədimizdə törətdiyi hərbi təxribat zamanı ordumuzun zabit və əsgərlərinin şəhid olması dünyada yaşayan milyonlarla azərbaycanlını ayağa qaldırdı. Bakıdan başlayan dəstək yürüşünə tezliklə xaricdə yaşayan həmvətənlərimiz qoşularaq, dünyanın bir çox şəhərlərində icazəli və dinc irimiqyaslı aksiyalar keçirdilər. Azərbaycan diaspor təşkilatlarının yüksək ruhda durmadan keçirdiyi erməni təcavüzkarlığını, iç üzünü açan təbliğat xarakterli nümayişlərə ermənilər dözə bilməyərək vandalizm aktlarına əl atdılar.
Erməni rejimi döyüş meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiyalar keçirən azərbaycanlılara qarşı vəhşiliklər həyata keçirilməyə başladı. Onların yeganə məqsədi diqqəti əsas məsələdən yayındırmaq və xaricdəki birlik nümayiş etdirən, həmrəy olan azərbaycanlıları təxribata sövq edərək dinc aksiyaları dağıtmaqdır.
Qeyd edək ki, Los-Ancelesdəki mitinqdən sonra ABŞ və Avropada daha da fəallaşan erməni radikal ekstremistləri tərəfindən vətəndaşlarımıza qarşı zorakılıq edildi. Bununla ermənilər Azərbaycan diplomatik nümayəndəliklər və Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinə hücum edərək onlara və əmlaklarına ciddi zərər yetirdilər. Nəzərinizə çatdırım ki, 1961-ci ildə Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən ev sahibi ölkə diplomatik nümayəndəliklərin hər hansı bir müdaxilə və ya zərərdən qorunmasını təmin etmək, habelə bir diplomatın şəxsiyyətinə, azadlığına və şərəfinə hər hansı bir zülmün qarşısını almaq üçün məsuliyyət daşıyır.
Bu ölkələrdə öz fikirlərini, haqq səslərini dinc şəkildə ifadə edən həmyerlilərimiz, xislətində vandalizm və terrorizm elementləri daşıyan erməni daşnaklarının qanunsuzluğu qarşısında geri çəkilmədilər. Aksiyalar bu gün də davam edir. Bununla yanaşı, hər bir azərbaycanlı müxtəlif dillərdə demək olar ki, 24 saat sosial şəbəkələr, KİV-lər vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz səylərini göstərir.
Düşünürəm ki, bu səylərimizi daha təmkinli, ağıllı şəkildə, dövlət siyasətinə uyğun və mütləq milliliyimiz çərçivəsində aparmalıyıq. Bütün dünya azərbaycanlılarının birlik nümayiş etdirərək yürüşlər keçirməsi çox mühüm amildir və ermənilərə böyük bir mesajdır. Məhz bundan narahat olan xaricdə özlərini hər kəsə mədəni göstərməyə çalışan erməni vandalları əsl simalarını gizlədə bilmirlər.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR