Sumqayıtda hava

Elan

BMU ilə Cənubi Koreya universitetinin İKİLİ DİPLOM LAYİHƏSİ - Mühəndislik ixtisasları


Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavr pilləsi üzrə İkili Diplom Proqramının icrası davam edir. Proqrama müraciət etmək istəyən abituriyentlər üçün elektron anket forması hazırlanıb.
Abituriyentlər https://forms.gle/QNJeGEU6GcSoMzk88 linkinə daxil olaraq müraciət anketində verilən sualları cavablandırmalıdırlar. Bundan başqa, İDP ilə əlaqədar sualları ddp@beu.edu.az e-mail ünvanına və ya www.facebook.com/iro.beu.edu.az səhifəsinə ünvanlamaq mümkündür.
Xatırladaq ki, iki universitet arasında əldə edilən razılığa müvafiq olaraq ikili diplom proqramı 4 ixtisas - inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi üzrə həyata keçirilir.
Proqramda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilər. Bundan əlavə BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər yuxarıda qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.
Proqram haqqında daha ətraflı məlumatı http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkindən əldə etmək olar.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR