Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda sulfat turşusu istehsalı zavodu inşa ediləcək


Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərsulfat” MMC qeydiyyata alınıb və artıq Sənaye Parkının rezidentlərinin sayı 23-ə çatıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, “Azərsulfat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusu istehsalı zavodu inşa edəcək. Layihənin investisiya dəyəri 10 mln. manatdan çoxdur.
Müəssisədə  30-dan çox daimi iş yeri yaradılacaqdır.
İstehsal olunacaq sulfat turşusu daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR