Sumqayıtda hava

Elan

Azərbaycan Beynəlxalq Bankından təcrübə proqramı - ŞƏRTLƏR


ABB təcrübə proqramı sizə nələri vəd edir?

ABB təcrübə proqramı nədir?

Azərbaycan Beynəlxalq Bankının universitet tələbələri və yeni məzunlar üçün elan etdiyi 4 aylıq təcrübə proqramıdır. Proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Azərbaycan Beynəlxalq Bankında çalışanlardan biri olmaq imkanını yaradır.
Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaqdır.

Bu təcrübə proqramı iştirakçılara nələri qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq
  • Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki biliklərə yiyələnmə şansı
  • Bankın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramının sonunda işlə təmin olunma imkanı
  • Kimlər müraciət edə bilər?

    ABB təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:
    • Təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemlərində isə 75 faizdən yuxarı olmalı;
    • İngilis dili yuxarı səviyyədə (upper-intermediate level) olmalı;
    • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
    • Ali təhsilini 2018, 2019 və 2020-ci illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı;
    • Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil alan namizədlərə üstünlük veriləcək.
Ətraflı məlumat və qeydiyyat: https://ibar.az/tecrube/index.php





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR