Sumqayıtda hava

İqtisadiyyat

Abşeronda Amerika ağ kəpənəyinə qarşı mübarizə aparılır


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində, o cumlədən, Corat, Binəqədi bağ massivləri, meşə zolaqları, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin birinci və ikinci nəsillərinə qarşi mübarizə aparmaq məqsədilə 2720 hektar ərazidə müşahidələr aparılıb. Müşahidələrin nəticələrinə əsasən sirayətlənmə aşkar edilən 221 hektar ərazinin 80 hektarında ''XİTİNAZON 48 SC'' preparatını tətbiq etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Təsərrüfat sahibləri tərəfindən 34 ha ərazidə isə mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi halda təcili olaraq Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır. Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə - diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. mübarizə aparılmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.
Hazırda  Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR